Ramiz Hesenoglu - Wikipedia
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Ramiz Həsənoğlu | |
---|---|
Doğum adı | Ramiz Həsənağa oğlu Mirzəyev |
Digər adları |
Ramiz Mirzəyev Ramiz Drazi Jorj Mirzəyev |
Doğum tarixi | 13 aprel 1946 (78 yaş) |
Doğum yeri | |
Atası | Həsənağa Mirzəyev[d] |
Anası | Ətayə Əliyeva |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist |
Təhsili | |
Mükafatları | |
IMDb | ID2947619 |
Həyatı
redaktəRamiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.[1]
Sənət yolu
redaktəAnarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.
R. Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülmüşdür.
R. Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" (H. Həsənov),"Generalın son əmri"(V. Səmədoğlu) tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.
1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. 2019-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib.[2]
Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.
- Ətayə Əliyevanın oğludur
- Həsənağa Mirzəyevin oğludur.
- Rejissor Rauf Süleymanın qardaşıdır.
Mükafatları
redaktə- 4 may 1989-cu ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
- 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.[3]
- 2015-ci ildə "Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[4]
- 4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir.[5]
Filmoqrafiya
redaktəFilmin adı | İl | Rejissor | Ssenari müəllifi | Prodüser | Bədii rəhbər | Filmdə iştirak edən | Filmin növü |
---|---|---|---|---|---|---|---|
Onuncu planet | 1968 | ||||||
Gülər | 1968 | ||||||
Firuzə (film, 1969) | 1969 | ||||||
Tanatos mehmanxanası (film, 1969) | 1969 | ||||||
Bir parça həyat | 1969 | ||||||
Parlaq tale | 1972 | Sənədli film | |||||
Günəşlə görüşənlər | 1973 | ||||||
Son gecə | 1974 | ||||||
Gecə müsahibi | 1975 | ||||||
Oğulla görüş | 1975 | ||||||
Günəşin bacısı | 1975 | ||||||
Bizim müasir qadınlar | 1976 | Qısametrajlı sənədli televiziya filmi | |||||
Dindirir əsr bizi | 1976 | ||||||
Səməd Vurğun | 1976 | Sənədli film | |||||
Ötən ilin son gecəsi | 1978 | Televiziya tamaşası | |||||
Müsabiqə | 1978 | ||||||
Bir payız axşamı | 1978 | ||||||
Üç eskiz | 1978 | Sənədli film | |||||
Yollar görüşəndə… | 1979 | Qısametrajlı musiqili televiziya tamaşası | |||||
Sumqayıt | 1979 | Sənədli film | |||||
Qatarda | 1981 | Tammetrajlı musiqili film | |||||
Ömrün yolları | 1982 | Tammetrajlı televiziya tamaşası | |||||
Kökdən düşmüş piano | 1982 | Tammetrajlı televiziya tamaşası | |||||
Evləri köndələn yar | 1982 | Tammetrajlı film-tamaşa | |||||
Topal Teymur | 1983 | ||||||
Günahsız Abdulla | 1984 | Tammetrajlı televiziya tamaşası | |||||
Ordan-burdan | 1987 | ||||||
Yaşıl eynəkli adam | 1987 | ||||||
Anarla üz-üzə | 1989 | qısametrajlı sənədli televiziya filmi | |||||
Qonşu qonşu olsa… | 1989 | Tammetrajlı televiziya film-tamaşası | |||||
Kamança | 1993 | ||||||
Ac həriflər | 1993 | Tammetrajlı bədii televiziya filmi | |||||
Altı nömrəli palata | 1994 | tammetrajlı televiziya tamaşası | |||||
Anamın kitabı | 1994 | ||||||
Ağ dünya | 1995 | ||||||
Bala – başa bəla! | 1995 | Tammetrajlı televiziya film-tamaşası | |||||
Qayalarda qalan səs | 1995 | Tammetrajlı film-tamaşa | |||||
Ömürdən uzun gecə | 1996 | Tammetrajlı bədii televiziya filmi | |||||
Yarımştat | 1996 | Tammetrajlı bədii televiziya film-tamaşası | |||||
Fatehlərin divanı | 1997 | Çoxseriyalı bədii televiziya filmi | |||||
Min birinci söz | 1997 | Qısametrajlı sənədli-bədii televiziya filmi | |||||
Yurd yeri | 1997 | Tammetrajlı bədii televiziya filmi | |||||
Ailə | 1998 | tammetrajlı bədii film | |||||
Nigarançılıq | 1998 | Tammetrajlı televiziya film-tamaşası | |||||
Xoşbəxt adam | 1999 | Sənədli film | |||||
Yaşıl eynəkli adam-2 | 1999 | Tammetrajlı bədii televiziya filmi | |||||
Dirsə xanın oğlu Buğacın boyu | 2000 | Tammetrajlı bədii televiziya filmi | |||||
Nekroloq | 2001 | Tammetrajlı bədii televiziya filmi | |||||
Salur Qazanın evi talandığı boy | 2001 | Tammetrajlı bədii televiziya filmi | |||||
Ömür ağacı | 2002 | Sənədli film | |||||
Yaşıl eynəkli adam-3 | 2002 | Tammetrajlı bədii televiziya filmi | |||||
Dəvətnamə | 2003 | Tammetrajlı bədii televiziya filmi | |||||
Yumurta | 2003 | Tammetrajlı televiziya film-tamaşası | |||||
Bəylik dərsi | 2007 | Tammetrajlı bədii televiziya filmi | |||||
Cavid ömrü | 2007 | Tammetrajlı bədii film | |||||
Anarın anları | 2008 | tammetrajlı sənədli televiziya filmi | |||||
Evləri göydələn yar | 2010 | Tammetrajlı bədii televiziya filmi | |||||
Mürafiə vəkillərinin hekayəti | 2011 | Tammetrajlı televiziya tamaşası | |||||
Sübhün səfiri | 2012 | Tammetrajlı bədii film | |||||
Yaşadan, yaşayan Yaşar | 2012 | Tammetrajlı sənədli televiziya filmi | |||||
Səni axtarırıq… | 2013 | Qısametrajlı sənədli televiziya filmi | |||||
Doğma yurdun təranələri | videofilm-konsert | ||||||
Səni tərənnüm edirəm, Azərbaycan | videofilm | ||||||
Üç çinar yarpağı | sənədli-bədii videofilm | ||||||
Son gecə | 2019 | Tammetrajlı bədii televiziya filmi | |||||
Sonuncu | 2020 | Tammetrajlı bədii televiziya filmi |
İstinadlar
redaktə- ↑ Mədəniyyət TV. "Mədəniyyət sahəsində böyük xidmətləri olan sənətkar" (az.). Youtube.com. 15.04.2024. İstifadə tarixi: 2024-04-15.
- ↑ Axşam.az. "Ramiz Həsənoğluna AZTV-də yüksək vəzifə verildi" (az.). Axşam.az. 25.01.2019. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
- ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1766 saylı Sərəncamı". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- ↑ Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- ↑ Bakı Post. "Bu şəxslər "Vaqif Səmədoğlu" medalı aldılar" (az.). Bakupost. 05.06.2020. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.