Rasim Movsumov - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Rasim Mövsümov (Mövsümzadə) (Bakı) — tanınmış idman yazarı, "Ballon d'Or", "The Best FIFA Football Awards" və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü
Rasim Mövsümov | |
---|---|
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, politoloq |
Həyatı
redaktəRasim Mövsümov Bakıda anadan olub. Məktəb illərində müxtəlif riyaziyyat olimpiadalarının qalibi və mükafatçısı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
İlk yazısı bədən tərbiyəsi kollektivləri arasında SSRİ kuboku-1991-in (“Milyonların kuboku”) finalında Bərdə “Pambıqçı”sının rəqibi Belarusun “Metallurq” (Molodeçno) komandasına həsr olunub və 1991-ci il sentyabrın 14-də Azərbaycanın “İdman”/“Спорт” qəzetində nəşr edilib.
O vaxtdan yazıları Azərbaycan[1][2][3][4][5][6], Türkiyə ("Futbol Extra Dergisi", "Trabzonspor Dergisi"[7], "Futbol Plus Dergisi"), Almaniya ("Kicker")[8][9], Fransa ("France Football"), İngiltərə ("World Soccer", Matchday magazine AFC Bournemouth[10]), Belçika, Danimarka, Rusiya[11][12][13][14][15][16][17][18], Ukrayna[19][20][21], Polşa ("Przegląd Sportowy" 06.09.2004), Moldova ("Спорт Curier" 02.12.2009) və s. ölkələrdə çap olunur.
1996-ci ildən Azərbaycan milli futbol komandasının, həmçinin Azərbaycan klublarının avrokuboklardakı (Neftçi - Widzew 1997, Neftçi - Crvena Zvezda 1999, Bakı - Žilina 2005, MKT-Araz - Tiraspol 2006, Bakı - Sioni 2006, MKT-Araz - Groclin Dyskobolia 2007, Bakı - Dacia 2007, Olimpik - Vojvodina 2008, Xəzər Lənkəran - Olimpia Bălţi 2010 və s.) oyunlarına buraxılan proqramların müəllifidir.[22]
Avropa mətbuatındakı fəaliyyəti
redaktə“Kicker”in 2017-ci ilin sentyabrında UEFA Çempionlar Liqası üçün xüsusi buraxılışında (Kicker Sonderheft Champions League 2017/18)[24] yarışın debütantı “Qarabağ” haqqında yazısı “Vətənsiz qəhrəmanlar” ("Helden ohne Heimat") adlanır.[25]
Yazıda “Qarabağ”ın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1993-cü ildə erməni ordusu tərəfindən işğal olunan Ağdamı təmsil etdiyi, 2001-ci ildə yeni sponsora qovuşmasından sonra maliyyə vəziyyətinin yaxşılaşdığı, ardıcıl 3 mövsüm UEFA Avropa Liqasında oynadığı və sovet dövrünü də saymaqla, ümumilikdə 7 dəfə, o cümlədən son 4 ildə Azərbaycan çempionu olduğu vurğulanır.
“Kicker”də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan təqdimat yazısı da yer alıb: “1997 və 2004-cü illərdə “Neftçi”nin oyunçusu kimi “Qarabağ” ilə qarşılaşmalarda dubl edəndə, Qurban Qurbanov hələ bilmirdi ki, vaxt gələcək “Qarabağ”ın qəhrəmanı olacaq”. Q. Qurbanovun futbolçu kimi 12 qolla Azərbaycan millisinin bombardiri və məşqçi kimi UEFA Çempionlar Liqasına yüksələn ilk azərbaycanlı olduğu, ümumiyyətlə, 2008-ci ildən “Qarabağ”ı çalışdırdığı və 2017/18 mövsümündə UEFA Çempionlar Liqasında komandasına ən uzun müddət başçılıq edən mütəxəssis olduğu da oxucuların diqqətinə çatdırılıb.[26]
Türkiyə mətbuatındakı fəaliyyəti
redaktə2010-cu ildən Türkiyənin "Futbol Extra"[27][28] və "Trabzonspor" jurnallarının[29][30], 2012-ci ildən isə "Futbol Plus" jurnalının yazarıdır.[31]
2010-cu ildə "Futbol Extra" jurnalının iyun sayında çıxan araşdırma yazısı belə anons olunmuşdu: "Dünya Kupası öncesi medyanın farklı organlarında farklı araştırmalar okuyacağınız muhakkak. Ama böylesine hiç rastlamadığınızdan eminiz..."[32]
Ümumiyyətlə, "Futbol Extra" jurnalı öz saytında[33] Rasim Mövsümovun yazılarını belə anons edib:
- Rasim Mövsümoğlu'ndan tarihi bir araştırma… (İyun 2010)
- Usta gazeteci Rasim Mövsümov’dan ustaca bir araştırma… (İyul 2010)
- Futbol Extra’dan dev araştırma! Rasim Mövsümov’un kaleminden… (Noyabr 2010)
- Rasim Mövsümov’dan ilginc bir araştırma… (Dekabr 2010)
- Altın Top Jüri üyesi Rasim Mövsümov’un kaleminden… (Yanvar 2011)
"FIFA Altın Top Jüri üyesi ve Futbol Extra yazarı Rasim Mövsümov’dan çarpıcı açıklamalar…" (Fevral 2011) anonsuyla Türkiyədə müsahibəsi də çıxıb.[34]
Rusiya mətbuatındakı fəaliyyəti
redaktə1999-cu ildən[35] Rusiyanın "Sport Express" nəşrinin yazarı olub.[36][37][38][39][40][41][42][43][44][45][46][47][48][49][50][51][52][53]
Hələ 2000-ci ildə ukraynalı futbolçu Andrey Şevçenko "Qızıl top" mükafatı uğrunda sorğuda 3-cü yeri tutanda Rusiyanın "Sport Express" qəzetində «У ШЕВЧЕНКО ВСЕ ЕЩЕ ВПЕРЕДИ» başlıqlı yazı yazmışdı. Həqiqətən 2004-cü ildə Şevçenko "Qızıl top"u qazandı.[54]
Kitabları
redaktə2006-cı ildə nəşr olunan "Anatoli Banişevski-60" kitabçasının müəllifidir.[55]
2007-ci ildən İngiltərədə nəşr olunan "The European Football Yearbook" kitabının müəlliflərindən biridir.
2013-cü ildə AFFA-nın dəstəyilə nəşr olunan "Bir qolun tarixçəsi" kitabının müəllifidir. Bu araşdırma-kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.[56][57][58][59]
Mükafatları
redaktə2003[60], 2007[61] və 2009-cu illərdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən "İlin ən yaxşı futbol yazarı" seçilib.
"Bir qolun tarixçəsi" kitabı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2013-cü ilin idman üzrə ən yaxşı kitabi seçilib.[62][63]
2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazarı" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülüb.[64][65][66][67][68][69][70][71][72][73][74]
"Sportsman" jurnalı tərəfindən "İlin idman jurnalisti" nominasiyasında 2015-ci ilin "Zəfər" mükafatına layiq görülüb.[75][76]
Jüri üzvü
redaktə2000-ci ildən Fransanın "France Football" jurnalının təsis etdiyi və dünyanın ən yaxşı futbolçusuna verilən "Ballon d'Or" (2010-2015-ci illərdə "FIFA Ballon d'Or" adlanıb[77][78][79][80][81][82]), yəni "Qızıl top" mükafatının jüri üzvüdür.[83][84]
2011-ci ildən UEFA və ESM-in (European Sports Media) təsis etdiyi və Avropanın ən yaxşı futbolçusuna verilən "UEFA Best Player in Europe" mükafatının jüri üzvü olub[85][86][87][88][89][90], AFFA-nın dəstəyilə Monakoda bu mükafatın səsverməsində Azərbaycanı təmsil edib.[91][92][93][94]
2012-ci ildən Monakoda təsis olunan "Golden Foot" ("Qızıl Ayaq") mükafatının jüri üzvüdür. 2014-cü ildə bu mükafatın jüri prezidenti olub.[95][96][97][98][99][100]
2014-cü ildən İngiltərənin "World Soccer" jurnalının təsis etdiyi "World Soccer Awards" mükafatlarının jüri üzvüdür.[101][102][103]
2017-ci ildən FIFA-nın təsis etdiyi "The Best FIFA Football Awards" mükafatlarının jüri üzvüdür.[104]
Viktorinanın qalibi
redaktə2007-ci ilin fevralında Rusiyanın "Весь футбол" jurnalının çətin viktorinasının qalibi olub. Müxtəlif dünya cempionatlarından 12 şəkil təqdim olunmuşdu və bu şəkillərin hansı oyunlardan çəkildiyini tapmaq lazım idi. Məsələn, elə şəkil vardı ki, yalnız iki oyunçu arxadan görünürdü və ya yerə yıxılan hakim şəkli vardı. Buna baxmayaraq, Rasim Mövsümov hamısını tapmışdı ("Futbol Dünyası" qəzeti, 24 fevral 2007).[105]
AFFA-nın hakim-inspektoru
redaktə2014/15 mövsümündə Azərbaycanın aşağı yaş qrupları üzrə futbol çempionatlarının oyunlarında AFFA-nın hakim-inspektoru kimi fəaliyyət göstərib.
İlk oyunu: 18.11.2014. Vətən - Xəzər Lənkəran 1:3 (U-15 liqası, IX tur).[106]
İstinadlar
redaktə- ↑ Uğurun formulu: Lobanovski-“Dinamo Kiyev”- SSRİ, Qurban-“Qarabağ”-Azərbaycan?[ölü keçid]
- ↑ Xuan Laporta: Hər dövrün ən yaxşıları “Barselona”da oynayıblar - MÜSAHİBƏ[ölü keçid]
- ↑ "Polşada gözəl qadınlar var"[ölü keçid]
- ↑ “Finalda Polşaya qalib gələn komanda Avropa çempionu olsun”
- ↑ Ermənilər qalibin meydanda yox püşklə müəyyənləşməsini istəyirdilər[ölü keçid]
- ↑ Rinat Dasayev: Penaltini pauza ilə vururdu, həm də zərbəsi güclü olurdu - MÜSAHİBƏ[ölü keçid]
- ↑ "Trabzonspor (dergi)". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ «Kicker»də azərbaycanlı imzası
- ↑ "Rasim Mövsümzadə Almaniya jurnalında "Qarabağ"dan yazıb". 2014-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-14.
- ↑ "Bournemouth and Ballon d'Or". 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ "Расим Мовсумов опубликовал очередную статью в «Спорт-Экспресс»". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Азербайджанский журналист Расим Мовсумов вновь опубликован в «Спорт-Экспресс»". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Очередная статья азербайджанского журналиста в российских СМИ". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ЭКЗАМЕН ДЛЯ МАРАДОНЫ". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ТРЕТИЙ АРГЕНТИНЕЦ". 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "В ОДНО КАСАНИЕ" (PDF). 2013-04-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Главный болгарин Перми: Димитар Димитров" (PDF). 2013-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-15.
- ↑ "10 фактов о Фенербахче". 2017-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Первый шанс Луческу". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "ПЕРВЫЙ ШАНС ЛУЧЕСКУ". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "Долгий путь Ходжсона". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "Soccer Programmes Azerbaijan". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.
- ↑ AFFA-nın əməkdaşı Türkiyədə mükafat almışdır
- ↑ "Kicker Sonderheft Champions League 2017/18". 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ Kicker Sonderheft Champions/Europa League 2017/2018
- ↑ "SPORTSMAN jurnalı №106 2017". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ Türkiyənin populyar jurnalında azərbaycanlı jurnalistin yazısı dərc olunub
- ↑ ""Monaco"dan Kral geçti"". 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ İlk baharın uğurlu olsun, «Qara dəniz fırtınası»!
- ↑ Trabzonspor'dan ayrılan futbolcular şimdi ne yapıyor?[ölü keçid]
- ↑ Futbol Plus dergisinin 132. sayısı yayında...[ölü keçid]
- ↑ "Azərbaycanlı jurnalistin yazısı Türkiyənin populyar jurnalında dərc olunub". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "FUTBOL EXTRA". 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA Altın Top jüri üyesi ve Futbol Extra Yazarı Rasim Mövsümov". 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "ТРЕНЕР СБОРНОЙ АЗЕРБАЙДЖАНА ПОДАЛ В ОТСТАВКУ". 2014-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ [1]
- ↑ "КЯПАЗ Гянджа Азербайджан". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "ПРОВИНЦИАЛЬНЫЙ АЗЕРБАЙДЖАНСКИЙ КЛУБ ПРЕВЗОШЕЛ "БАРСЕЛОНУ" И "ЧЕЛСИ"". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "БЫВШИЙ МОСКОВСКИЙ АРМЕЕЦ НЕ НАПУГАЛ БАКИНЦЕВ". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "НЕФТЧИ Баку". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "ШАМКИР Азербайджан ДЕБЮТАНТ ГОТОВИТСЯ НА РЕЗИНОВОМ ПОЛЕ". 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "ПЕРВАЯ ПОБЕДА КОМАНДЫ ПОНОМАРЕВА". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ШАМКИР Азербайджан ПУТЬ В ЕВРОПУ ЛЕЖИТ ЧЕРЕЗ МОСКВУ". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "СЕРБИЯ И ЧЕРНОГОРИЯ - АЗЕРБАЙДЖАН - 2:2 (1:0)". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ПОЗОР В БАКУ ВЫНУДИЛ САВИЧЕВИЧА ПОДАТЬ В ОТСТАВКУ". 2014-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ЧЕМПИОН РОССИИ ПОЕДЕТ В БАКУ". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "BACK IN USSR. В СТОЛИЦУ АЗЕРБАЙДЖАНА". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Сегодня "НЕФТЧИ" – ЦСКА". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "ИЗ ФУТБОЛА В БАСКЕТБОЛ И ОБРАТНО". 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "ПЕРВЫЙ ШАНС ЛУЧЕСКУ". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "«ЗОЛОТОЙ МЯЧ»-2009 ТРЕТИЙ АРГЕНТИНЕЦ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "2010 МАТЧЕЙ, МИНУТ, ОЧКОВ, ГОЛОВ". 2016-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "КЛУБ СТАРЫХ ЗНАКОМЫХ". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "У ШЕВЧЕНКО ВСЕ ЕЩЕ ВПЕРЕДИ". 2015-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ ""ANATOLİ BANİŞEVSKİ-60" KİTABÇASI ÇAP OLUNMUŞDUR". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
- ↑ "Mövsümzadə Rasim. Bir qolun tarixçəsi. B.: 2013.- 84 səh". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "1118. Mövsümzadə, R. Bir qolun tarixçəsi [Mətn] /Rasim Mövsümzadə.- Bakı, 2013.- 84 s., portr., fotoşək.; 21 sm.- 4 man., 500 nüs.- [Ar2013/591]" (PDF). 2019-12-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-20.
- ↑ ""Bir qolun tarixçəsi" adlı kitabı nəşr olunmuşdur". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ Banişevskinin vurduğu, amma başqasının adına yazılan qoldan bəhs edən kitab nəşr edilib[ölü keçid]
- ↑ İDMAN JURNALİSTLƏRİNİN MİLLİ YARADICILIQ TƏŞKİLATI İLƏ YEKUN VURMUŞDUR
- ↑ "AZƏRBAYCAN İDMAN JURNALİSTLƏRİ ASSOSİASİYASI «İLİN ƏN YAXŞILARI» SİYAHISINI AÇIQLAYIB". 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "Arxivlənmiş surət". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
- ↑ [2]
- ↑ ""Futbol Oscarı" mənimdir!". 2019-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- ↑ ""Futbol Oscarı" alan yeganə azərbaycanlı: Rasim Mövsümov". 2019-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.
- ↑ "Futbol Plus Dergisi Yılın Futbol Oscarları". 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "Yılmaz Vural Yılın Teknik Direktörü Seçildi". 2019-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ Yılın Futbol Oscarları sahiplerini buluyor
- ↑ "Fotomaç'a 4 ödül birden". 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Fotomaç'a 4 ödül birden". 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Muhteşem Gece". 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Yılın Futbol Oscarları ödülleri verildi..." 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Şevki Hoca, en iyi teknik direktör seçildi". 2019-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ Fonex'le Futbol Oscarları Sahiplerini Buluyor[ölü keçid]
- ↑ ""Sportsman" jurnalı № 97 (2016)". 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ ""Zəfər-2015" mükafatlarının təqdimetmə mərasimi keçirilib". 2016-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
- ↑ "FIFA BALLON D'OR 2010 Votes by media Azerbaijan Mövsümov Rasim" (PDF). 2017-09-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA BALLON D'OR 2011 Media Azerbaijan Rasim Mövsümov" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA BALLON D'OR 2012 Media Azerbaijan Rasim Mövsümov". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA Ballon d'Or 2013 Media Azerbaijan Mövsümov Rasim" (PDF). 2016-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA Ballon d'Or 2014 Media Azerbaijan Mövsümov Rasim" (PDF). 2017-11-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "FIFA Ballon d'Or 2015 Media Azerbaijan Mövsümov Rasim" (PDF). 2016-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-20.
- ↑ Azərbaycanın səsi “Qızıl top”da kimə gedib?
- ↑ "Rasim Mövsümzadə: "Azarkeşlər Messi və Ronaldonun seçimindən beziblər"". 2016-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ "UEFA Best Player in Europe Award > 2011 > The voting panel". 2014-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "UEFA Best Player in Europe Award > 2012 > The voting panel". 2013-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "UEFA Best Player in Europe Award > 2013 > The voting panel". 2015-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "UEFA Best Player in Europe Award > 2014 > The voting panel". 2015-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "UEFA Best Player in Europe Award > 2015 > The voting panel". 2016-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ "UEFA Best Player in Europe Award > 2016 > The voting panel". 2017-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- ↑ Azərbaycanın seçimi və ya Merçi, Messi!
- ↑ “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
- ↑ UEFA Messini ən yaxşı seçdi[ölü keçid]
- ↑ "Avropanın ən yaxşısı seçimində azərbaycanlı jurnalist kimə səs verib?..." 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ "LE GOLDEN FOOT AWARD MONACO 2014 – LE VAINQUEUR EST ANDRES INIESTA". 2015-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "SPORTSMAN jurnalı № 87 (2014)" (PDF). 2015-04-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ ""Golden Foot"un yeni sahibi "Antalyaspor"lu oldu". 2017-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ Futbol Plus ailesinden Rasim Mövsümov'un da jüri üyesi olduğu Golden Foot(Altın ayak) ödülünü daha ilk denemesinde Paris Saint- Germain'li forvet İbrahimovic kazandı. İsveç Milli Takımının kaptanı tüm dünyadan, taraftarların dört aydan fazla devam eden internet anketi sonucunda 10 futbolcu arasında en çok oyu kazanan isim oldu. “ Ibrahimovic ilk denemede Golden Foot'u kazandı.”Kaynak: Futbol Plus, Kasım 137 Sayısı Yayında[ölü keçid]
- ↑ [3]
- ↑ "Rasim Movsumov is interviewed at Monte-Carlo Bay during the Golden Foot". 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31.
- ↑ "World Soccer Awards 2014: how the panel voted Rasim MOVSUMOV, journalist, Azerbaijan". 2015-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "World Soccer Awards 2015: how the panel voted Rasim Movsumov". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "World Soccer Awards 2016: how the panel voted Rasim MOVSUMOV, Azerbaijan". 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "THE BEST - MENS's PLAYER 2017 Media Azerbaijan Movsumov Rasim" (PDF). 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "«Весь футбол»". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ U-15 Liqası: "Vətən" - "Xəzər Lənkəran" 1:3 (İcmal)