Rasim Quliyev Jurnalist - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru.
Rasim Quliyev | |
---|---|
Doğum tarixi | 30 avqust 1970 (54 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Təhsili | Azərbaycan Neft Kimya İnstitutu |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
Həyatı
redaktəRasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub.[1][2]
1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb.
1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib.[1][2]
Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır.[3]
İctimai-siyasi fəaliyyəti
redaktə1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv[1] liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.
O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş[1][2], "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir. Aclıq aksiyası o dövrün mediasında — qəzetlərində, radiolarında geniş şəkildə beynəlxalq təşkilatlara çatdırılıb.[4]
1996–2001-ci illərdə "Səs" qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında "Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş" şöbəsində təlimatçı işləmiş, və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil etmişdir.
2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərdə 29 saylı Səbail seçki dairəsinin sədri olub.
2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.[5]
Əmək fəaliyyəti
redaktə1994–96-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda mühəndis işləmişdir.
2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti "Ərazi idarəetmə orqanları ilə iş" şöbəsinin müdiri[2] 2-ci dərəcəli dövlət qulluqçusu, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-ə qədər[1][6] BŞİH Başçısı Aparatının rəhbəri[7] vəzifəsində çalışmış və Dövlət qulluğunun müşaviri və Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmişdir.
BŞİH-nin Aparat Rəhbəri olmaqla yanaşı 06.01.2010 – 30.01.2019-cu illərdə həm də BŞİH Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sədri olub.[2][8][9]
22 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[10][11]
2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.[5]
Elmi fəaliyyəti
redaktə2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Sosial-fəlsəfə ixtisası üzrə "Azərbaycanda hüquqi dövlət quruculuğunun sosial-fəlsəfi problemləri" mövzusunda dissertasiya işini başa çatdırıb, müdafiə üçün növbədədir. Bir çox elmi-publisistik məqalələrin müəllifidir.
AMЕА Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin dissertantı Rasim Vaqif oğlu Quliyevin elmi fəaliyyətinin hesabatı:[12]
"Azərbaycan Respublikasında hüquqi dövlətin təşəkkülünün sosial-fəlsəfi problemləri" mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsində müzakirə edilib (21 iyun 2010-cu il tarixli 5 saylı protokol).[12]
"Sosial fəlsəfə" (ixtisas), "Ümumi fəlsəfə", "İnformatika", "Xarici dil" fənlərindən minimum imtahanlarını verib. "Sosial fəlsəfə" (ixtisas) — "5" (əla); "Ümumi fəlsəfə" — "4" (yaxşı); "İnformatika" — "5" (əla); "Xarici dil" — "4" (yaxşı) qiymətləri alıb.[12]
"Azərbaycan Respublikası Prezidenti yanında Аli Attestasiya Komissiyasının siyahısında olan АMЕА Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Elmi əsərləri", "Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Elmi xəbərləri", Аzərbaycan Dövlət Dillər Universitetinin "Elmi əsərləri" jurnallarında, Moskvada "Kavkazovedenie" jurnalında məqalələri çapdan çıxmış, bəziləri çapdadır. Respublika, beynəlxalq səviyyəli konfranslarda çıxış edib, məqalələr təqdim edib.[12]
Seçilmiş məqalələri
redaktə- . "Azərbaycan ictimai-siyasi fikir tarixində hüquqi dövlət ideyası" (ingilis dilində) // Çохprofilli, beynəlxalq jurnal "Kavkazovedenie", 2010-cu il, № 16, s. 132–140
- . "Hüquqi dövlətin meydana gəlməsinin sosial-fəlsəfi və tarixi köklərinə dair" // AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Elmi əsərləri", 2010-cu il, № 2 (15), s. 68–74
- . "Müasir qloballaşma dövründə hüquqi dövlət quruculuğunun yeni mərhələsi" // Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Elmi xəbərləri", 2010-cu il, № 4, s. 188–194
- . "Müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğunun konstitusion əsaslarına dair" // Аzərbaycan Dövlət Dillər Universitetinin "Elmi xəbərləri" (çapdadır)
- . "Heydər Əliyev və hüquqi dövlət quruculuğu" //АMЕА, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Fəlsəfə günü" münasibətilə təşkil etdiyi beynəlxalq elmi konfransının materialları (çapdadır)
- . "XX əsrdə hüquqi dövlət ideyasına müxtəlif yanaşmalar" // AMЕА, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Elmi əsərləri", 2011-ci il, № 1 (16)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı - Yeni təyinat" ( (az.)). sputnik.az. 2018-09-20. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ 1 2 3 4 5 "Yüksək vəzifəli şəxs işdən azad olunub" ( (az.)). sputnik.az. 2018-09-20. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ Gülnaz Qənbərli. "Rasim Quliyev departament rəhbəri təyin olunub" ( (az.)). antv.az. 2018-09-21. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ Səs qəzeti, 8 yanvar 1993-cü il, No — 1(84)
- ↑ 1 2 "Eldar Əzizovun işdən çıxardığı Aparat rəhbərinə yeni vəzifə verildi". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
- ↑ Gülşən Raufqızı. "Bakı Meriyasına yeni Aparat rəhbəri TƏYİN OLUNDU - vəzifədən gedən Rasim Quliyev DANIŞDI" ( (az.)). modern.az. 2018-09-20. 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
- ↑ "BŞİH AŞ TƏRKİB" (PDF) ( (az.)). baku-ih.gov.az. 2018. 2019-01-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-14.
- ↑ Orxan. "Eldar Əzizov meriyanı "silkələdi"" ( (az.)). musavat.com. 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- ↑ "Bakı Şəhər İcra Hakimiyyətinin 4 idarəsi ləğv edilib". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ İlham Əliyev. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). president.az. 2015-06-22. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ İlham Əliyev. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). anl.az. 2015-06-22. 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
- ↑ 1 2 3 4 "Аzərbаycаn MЕА Fəlsəfə, Sоsiоlоgiyа və Hüquq İnstitutunun "Qlоbаllаşmа və infоrmаsiyа cəmiyyətinin fəlsəfi prоblеmləri" şöbəsinin dissеrtаntı Rаsim Vаqif оğlu Quliyеvin еlmi fəаliyyətinin HЕSАBАTI" (PDF) ( (az.)). archive.org. İstifadə tarixi: 2019-01-18.
Xarici keçidlər
redaktə- "Şadlıq evlərinə 15 gün vaxt verildi - Bakıda müşavirə" ( (az.)). xezerxeber.az. 2018-08-15. 2018-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- "Rasim Quliyev: "Bugünkü məhkəmə birbaşa bizə aid olmayan məsələdir"" ( (az.)). report.az. 2019-01-14. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- Vahid Ömərov. "Hüquqi dövlətin mahiyyəti" (PDF) ( (az.)). “Səs”, № 120. səh. 15. 2014-07-04. 2019-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-21.