Raymonds Veyonis - Wikipedia
Raymonds Veyonis (15 iyun 1966[1][2], Nikonovo[d], Pskov vilayəti) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2015-ci ildən 8 iyul 2019-a dək Latviya Respublikasının 9-cu Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş Raymonds Veyonis, 2002–2003-cü illərdə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2003–2011-ci illərdə Latviya Respublikasının Ətraf Mühit Naziri, 2011-ci ildə yenə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2014–2015-ci illərdə isə Latviya Respublikasının Müdafiə Naziri olub.
Raymonds Veyonis | |
---|---|
latış. Raimonds Vējonis | |
8 iyul 2015 – 8 iyul 2019 | |
Əvvəlki | Andris Berzinş |
Sonrakı | Eqils Levits |
7 noyabr 2006 – 8 iyul 2015 | |
22 yanvar 2014 – 7 iyul 2015 | |
6 yanvar 2011 – 26 sentyabr 2011 | |
16 yanvar 2003 – 1 yanvar 2011 | |
7 noyabr 2002 – 16 yanvar 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1966[1][2] (58 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, bioloq |
Həyat yoldaşı | |
Dini | Bütpərəstlik[3] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAnası rus, atası isə latış olan Raymonds Veyonis 1966-cı il iyunun 15-də Rusiya SFSR-nın Psqov rayonunun Niqonovo qəsəbəsində anadan olub. Onun atası hərbi xidmətdə olan zaman, anası həyat yoldaşı ziyarət etməyə gəlib və həmin zamanda Raymonds Veyonisi dünyaya gətirib.
Fəaliyyəti
redaktəRaymonds Veyonis 1990-cı ildə Yaşıllar Partiyasının sıralarına üzv oldu. 1990-cı ildən 1993-cü ilə qədər Madona şəhərinin Dövlət Dumasının deputatı olan Raymonds Veyonis, 1996-cı ildən 2002-ci ilə qədər Riqa Ətraf mühit Şurasının sədri olub.
Ailəsi
redaktəRaymonds Veyonis İveta Veyonis ilə ailəlidir, 2 övladı var.
Təltifləri
redaktəLatviya təltifləri
redaktəXarici təltiflər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Raimonds Vējonis // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Raimonds Vejonis // Munzinger Personen (alm.).
- ↑ https://eng.lsm.lv/article/politics/president/latvia-provides-eus-first-green-president-raimonds-vejonis.a132316/.