Refat Cubarov - Wikipedia
Refat Abdurahman oğlu Çubarov (krımtat. Refat Abdurahman oğlu Çubarov, ukr. Рефат Абдурахманович Чубаров; 22 sentyabr 1957, Səmərqənd) — krım tatar siyasi və ictimai xadimi.
Refat Çubarov | |
---|---|
krımtat. Refat Abdurahman oğlu Çubarov | |
Vəzifədədir | |
27 oktyabr 2013-cü il | |
Əvvəlki | Mustafa Əbdülcəmil Qırımoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | arxivçi, siyasətçi |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1995–1998-ci illərdə Krım Muxtar Respublikasının Ali Şurasının sədrinin müavini, 1998–2007 və 2015–2019-cu illərdə Ukraynanın xalq deputatı.[2] 2009-cu ildən Ümumdünya Krım Tatarları Konqresinin prezidenti. 2013-cü ilin noyabr ayından Krım Tatar Milli Məclisinin sədri.
Həyatı
redaktə1957-ci il sentyabrın 22-də Özbəkistan SSR-in Səmərqənd şəhərində anadan olub. 1944-cü ildə Krım tatarlarının deportasiyası zamanı ailəsi yaşadığı Krımın Ay-Serez kəndindən Özbəkistana qovulub. 1968-ci ildə valideynləri Krıma döndükdə o, da onlarla birgə doğma yurda qayıdıb.
1974-cü ilin sentyabrından 1975-ci ilin iyulunadək 1 nömrəli Simferopol Peşə Liseyində təhsil alıb. 1975-ci ildə Tiraspoldakı 73613 saylı hərbi hissədə bənna kimi çalışıb. 1975-ci ilin noyabrından 1977-ci ilin noyabrına qədər Sovet Ordusu sıralarında xidmət edib.
1983-cü ilin iyun ayında Moskva Tarix və Arxiv İnstitutunu tarixçi-arxivist ixtisası üzrə bitirib.
1983–1984-cü illərdə — arxivist və baş arxivçi, 1984–1991-ci illərdə — Riqada Oktyabr İnqilabı və Sosialist İnşaat Mərkəzi Dövlət Arxivinin direktoru, baş elmi işçisi olub. 1989-cu ildə Latviya Xalq Cəbhəsi fraksiyasından Riqa şəhər Xalq Deputatları Sovetinin üzvü seçilib. 1990–1991-ci illərdə SSRİ Nazirlər Soveti yanında Krım tatarlarının problemləri üzrə Dövlət Komissiyasının üzvü olub.
1994-cü ildə Krım Muxtar Respublikası Ali Sovetinin deputatı seçilib. O, Krım Muxtar Respublikasının Ali Sovetinin milli siyasət və deportasiya olunmuş vətəndaşların problemləri üzrə daimi komissiyasının üzvü olub. 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər — Ali Sovetin Sədrinin müavini vəzifəsini icra edib. 1998-ci ildə Xalq Hərəkatı partiyasından Ukrayna Ali Radasının deputatı seçilib. Çubarov Ukraynanın Ali Radasının insan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər üzrə Komitəsinin deportasiya edilmiş xalqlar, milli azlıqlar və siyasi repressiya qurbanları üzrə alt komitəsinin rəhbəri olub. 2000–2002-ci illərdə bu Komitənin sədrinin birinci müavini vəzifəsində çalışıb.
2002-ci ildə "Bizim Ukrayna" partiyası blokundan Ukraynanın Ali Radasının deputatı seçilib (seçki siyahısındakı № 61). O, insan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər Komitəsinin sədrinin birinci müavini təyin edilib. 2006–2007-ci illərdə — "Bizim Ukrayna" blokundan V çağırış Ukrayna Ali Radasının üzvü olub. Həmçinin bu dövrdə də o, insan hüquqları, milli azlıqlar və millətlərarası münasibətlər Komitəsinin katibi vəzifələrini də icra edib.
2009-cu ilin mayında Dünya Krım Tatarları Konqresinin prezidenti seçilmişdir.[3] 2010-cu ilin noyabrından — VI çağırış Krım Muxtar Respublikası Ali Sovetinin üzvü, "Ukrayna Xalq Ruhu" partiyasının siyahısına rəhbərlik edib.[4] 2013-cü ilin noyabr ayından Krım Tatar Milli Məclisinin sədridir.
2014-cü il mayın 4-də Krım Respublikasının prokuroru Natalya Poklonskaya Krım Tatar Milli Məclisinin sədri Refat Çubarova "ekstremist fəaliyyəti aparmaq" barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıq Poklonskaya tərəfindən Məclisin binasında Məclisin başçısı Çubarovun iştirakı ilə oxunmuşdu.[5][6]
2014-cü il iyulun 5-də Çubarovun Rusiya ərazisinə 5 il müddətinə giriş qadağan edildi.[7] Bununla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyi xüsusən Rusiyanı "xalqlar həbsxanası" adlandıran bir bəyanat yaymışdı.[8]
2014-cü ilin oktyabrında Refat Çubarov Petro Poroşenko Blokunun siyahıları üzrə Ukraynanın Ali Radasına düşə bilmədi. Ancaq 2015-ci ilin may ayında millət vəkili Stepan Barnın Ternopol vilayətinin başçısı vəzifəsinə təyin olunması səbəbindən radada onun yerini tutdu.[2]
9 yanvar — 16 aprel 2015-ci il tarixlərində Ukrayna Milli Antikorrupsiya Bürosunun direktorunun seçilməsi üzrə seçki komissiyasının sədri oldu.
2015-ci ilin may ayında Refat Çubarovla əlaqədar Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrəv yerli İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.1, 2-ci hissəsi ilə ("Açıq şəkildə kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışlar") cinayət işinin başlanacağını elan etdi.
Xidmətin əldə etdiyi məlumata görə "2015-ci ilin aprelində Ukrayna vətəndaşı Refat Çubarov Ukrayna kütləvi informasiya vasitələrindən birinə verdiyi müsahibədə Krımın Ukraynaya qaytarılması istəyini ifadə etmişdi". "Sova" analitik mərkəzinin rəhbəri Aleksandr Verxovskinin dediyinə görə, cinayət işi gələcəkdə "alternativ məclis"[9] yaratmaq üçün Çubarova və bütövlükdə Məclisə "təzyiq formasıdır". 2015-ci ilin noyabrında İnterpol Rusiyanın təşəbbüsü ilə beynəlxalq axtarışa verilmiş Çubarovun təqibini dayandırdı.[10]
2018-ci il noyabrın 1-də Refat Çubarov Rusiya hökumətinin sanksiyalar tətbiq etdiyi Ukraynalı fiziki şəxslərinin siyahısına daxil edildi.[11].
İctimai mövqeyi
redaktə2014-cü il martın 6-da Refat Çubarov Krım Muxtar Respublikası sakinlərini "Krım referendumu"nu boykot etməyə çağırmışdı. Ona görə ümumxalq səsvermənin keçirilməsi qərarı "qanunsuz şəkildə qəbul edilmişdir".[12] "Qromad TV"nin efirində danışan Çubarov Krım Tatar Milli Məclisinin qərarına əsasən Krım tatarlarının işğal şəraitində heç bir referendumu tanımadığını və onda iştirak etməyəcəyini söylədi. 2014-cü il martın 15-də Krım Tatar Milli Məclisinin saytında Çubarov bir daha "Krım referendumu" ilə bağlı fikirlərini bildirərək: "2014-cü il martın 16-da Krımda referendum olmayacaq, ancaq silahlı əsgərlərin nəzarəti altında bir təlxəklik və sirk keçiriləcək" söyləmişdir.[13]
2014-cü il oktyabrın 3-də Rusiyada tatar xalqının Milli Məclisinin sədri, fəal, yazıçı Fauziyə Bayramovnın üzərində qurulan məhkəmə prosesini şərh edərkən,[14] Çubarov bildirmişdir ki, "Sözsüz, Krımın müstəqil Ukraynanın bir hissəsi kimi azad inkişafı və Krım tatar xalqının öz müqəddəratını təyinetmə hüququ və bütün sakinlərinin insan hüquqlarına və əsas azadlıqlarına hörmət əsasında təmin edilməsi yalnız onun Rusiya işğalından azad olması şəraitində mümkündür."[15]
Mükafatları
redaktə- Azadlıq ordeni (2017-ci il 21 yanvar) — "Ukrayna dövlətinin dövlət quruculuğuna, sosial-iqtisadi, elmi, texniki, mədəni və təhsil inkişafına, Ukrayna cəmiyyətinin konsolidasiyasına, uzun illər çalışqanlığa verdiyi mühüm şəxsi töhfəyə görə."[16]
- Xidmətlərə görə opden II dərəcə (22.08.2002)[17], I dərəcə (23.08.2005).[18]
- Knyaz Müdrik Yaraslav ordeni V dərəcə (09.2007), IV dərəcə (06.2009).
- Mükafat odlu silahı — "Fort-17–05" tapancası (3 mart 2015-ci il).[19]
İstinadlar
redaktə- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 ЦВК зареєструвала голову Меджлісу народним депутатом Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine — УНІАН, 14.05.2015
- ↑ "Чубаров не легализовал Всемирный конгресс крымских татар?". 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- ↑ "Выборы в Крыму: макеевские против крымских : Новости УНИАН". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- ↑ "Прокурор-"няша" Поклонская зачитала Чубарову предупреждение об экстремизме". УНИАН. 04.05.2014. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- ↑ "Поклонская приехала в Меджлис, чтобы зачитать Чубарову предупреждение". Центр журналистских расследований. 04.05.2014.
- ↑ "Главу Меджлиса Рефата Чубарова не пустили обратно в Крым". 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- ↑ "Заявление МИД Украины относительно запрета на въезд главе Меджлиса крымскотатарского народа Рефату Чубарову в Автономную Республику Крым". 2015-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
- ↑ Вадим Никифоров, Наталья Корченкова. У ФСБ возбудилось дело на интервью Arxivləşdirilib 2021-06-01 at the Wayback Machine Газета "Коммерсантъ" № 94 от 30.05.2015, стр. 4
- ↑ "Интерпол прекратил инициированный РФ розыск Чубарова – Аваков" (rus). Украинская правда. 11 ноября 2015. 2015-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.
- ↑ "Опубликован список украинцев, против которых будут действовать санкции РФ". Российская газета (rus). 2018-11-01. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "Лідер Меджлісу закликає ввести у Крим миротворців ООН". Радио Свобода. 2014-03-06. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03. (ukr.)
- ↑ "16 марта в Крыму будет не референдум, а клоунада и цирк - Чубаров". Интернет-портал korrespondent.net. 2014-03-15. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ "Лидер организации сепаратистов Татарстана попала под суд за статьи в соцсетях в поддержку крымских татар и Украины". Интернет-портал newsru.com. 2014-10-01. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ "Чубаров: Суд над Байрамовой в России – очередной виток репрессий". Интернет-портал gordonua.com. 2014-10-03. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ Указ Президента України № 10/2017 "Про відзначення державними нагородами України з нагоди Дня Соборності України" Arxiv surəti 23 yanvar 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-01-23 at the Wayback Machine
- ↑ Указ Президента України № 748/2002 від 22 серпня 2002 року "Про відзначення державними нагородами України" Arxivləşdirilib 2019-09-26 at the Wayback Machine (ukr.)
- ↑ Указ Президента України № 1193/2005 від 23 серпня 2005 року "Про відзначення державними нагородами України з нагоди 14-ї річниці незалежності України" Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine (ukr.)
- ↑ Роман Романюк, Мария Жартовская. "Наградной фронт. Кому Аваков подарил 400 стволов". «Украинская правда». 2017-01-13. 2017-06-25 tarixində arxivləşdirilib.