Republic F 84 Thunderjet - Wikipedia
Arxaya doğru əyilmiş qanadlara sahib olan F-84F qırıcı-bombardmançı hərbi təyyarə modelləri düz qanadlı F-84 təyyarələrinin bazası əsasında yaradılmışdır. İlk prototip uçuşu 3 iyun 1950-ci ildə baş tutmuş və tədarükü quru qoşunlarına yardım təyyarəsi olaraq böyük çoxluqda Taktiki Hava Komandanlığına edilmişdir. “Republic” firması 2112 ədəd F-84F istehsal etmişdir. General Motors şirkəti də, əlavə olaraq 599 ədəd istehsal etmişdir. Bu rəqəmin 1301 ədədi NATO Hərbi Hava Qüvvələrinə verilmişdir. Eyni modelin RF-84F hava kəşfiyyat-foto modeli də yaradılmış və NATO ölkələrinə göndərilmişdir. 1950-ci illərin sonlarında supersonik North American F-100 Super Sabre təyyarəsi ilə dəyişdirilməsinə başlanılmışdır. Ancaq 1960-cı illərdəki Berlin böhranında təkrar xidmətə qəbul edilmişdir.
Republic F-84 Thunderjet | |
---|---|
Tipi | Döyüşçü-bombardmançı təyyarə |
İlk uçuş | 28 fevral 1946 |
İstismara verilmə tarixi | noyabr 1947 |
İstimarının bitmə tarixi | 1960 |
İstismarçılar | |
Buraxılış sayı | 7.524 |
Vikianbarda əlaqəli mediafayllar |
F-84F “Thunderstreak” modelinin taktiki-texniki xüsusiyyətləri
redaktə- Ekipaj: 1
- Mühərrik: 1 ədəd Wright J65-W
- İtələmə gücü: 32.3 kN
- Qanad uzunluğu: 10.24 m
- Uzunluğu: 13.23 m
- Hündürlüyü: 4.39 m
- Qanad sahəsi: 30.19 m²
- Qalxma çəkisi: 12701 kq
- Maksimum sürət: 1118 km/saat
- Mənzili (tam yanacaq ilə): 2600 km
- Silah təchizatı:
- 6 ədəd 12.7 mm-lik MG pulemyotu **2722 kq qanad altı yük