Retrospektiv - Wikipedia
Retrospektiv (lat. retrospectare, "geriyə baxış") — keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq.
İsim kimi işləndikdə "retrospektiv" sözü tibb, kompüter proqramlaşdırması, kütləvi mədəniyyət və incəsənətdə spesifik mənalar daşıyır. Sifət kimi işləndikdə isə hüquq, standartlaşdırma və mükafatlar sahəsində retroaktiv sözünün sinonimi kimi çıxış edir.
Tibbdə
redaktəTibbi retrospektiv xəstənin tibbi tarixçəsi və həyat tərzinin yoxlanmasıdır.
İncəsənətdə
redaktəRetrospektiv sərgi sənətkarın yaradıcılığının uzun bir dövrünü əhatə edir. Eynilə də, retrospektiv yığma albom sənətçinin keçmiş əsərlərindən, adətən ən populyar mahnılarından ibarət olur. Televiziyada və ya qəzetdə aktyor, siyasətçi və ya digər tanınmış şəxsin keçmişi haqda xəbər həmin şəxsin həyatına retrospektiv baxışdır.
Mükafatlandırma
redaktəRetrospektiv və ya retroaktiv mükafat təsis edilib o şəxslərə verilir ki, o şəxs həmin mükafatı öz dövründə ala bilməsə də, mükafatın indiki şərtlərinə əsasən ona bu mükafat verilə bilərdi.