Rey Doyusu 1169 - Wikipedia
Rey döyüşü — 1169-cu ildə Eldənizlər ilə Xarəzmşahlar arasında baş verən toqquşma.
Rey döyüşü | |||
---|---|---|---|
Tarix | 26 sentyabr 1169 | ||
Yeri | Rey şəhəri yaxınlığı | ||
Səbəbi | Xərəzmşah hökmdarı El Arslanın Əmir Inanc ilə Nişapur şəhərini ələ keçirmək istəməsi | ||
Nəticəsi | Eldənizlər qələbəsi [1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Döyüşdən əvvəl
redaktəŞəmsəddin Eldənizin torpaqlarının şərqində onların vassalı olan Nişapur hakimi İmadəddin Ay Aba var idi.Sultan Səncər öldükdən sonra o Sultan Arslanşah adına sikkələr basdırmağa başladı.Beləcə Ayaba getdikcə böyüməkdə olan Xarəzmşahlara qarşı Sultan Arslanşaha yəni əsl hakim olan Şəmsəddin Eldənizin köməyindən istifadə etməyə çalışdı.Kumis, Bistam və Damğan şəhərlərini ələ keçirərək Tengiz adlı əmiri ora hakim etdi.Nəhayət 1163 Ayaba'nın düşməni Şahrüstəm adlı əmirin ordusu məğlub edildi və əyaləti İmadəddin Ay Abaya yəni Şəmsəddin Eldənizə bağlandı.Sultan Arslanşah və Şəmsəddin Eldəniz ona bayraq və hədiyyələr göndərərək oranın hakimi etdilər.[2]1167-ci ildə İmadəddin Ay Aba, Həmədana gəldi və Şəmsəddin Eldənizə Xarəzmşahların onlar üzərinə yürüş etdiyi xəbərini çatdırır.Xarəzmşahların planı Nişapur şəhərini ələ keçirmək olduğu bilinir.İbnü'l Əsîr qeyd edirki Ayaba Şəmsəddin Eldənizə:
Əgər siz, onu dayandırmaq və onun düşüncələrinin qarşısını almaq üçün hərəkətə keçməsəniz, sizin qarşınıza torpağdan bir qaynaq çıxacaqdır, elə bir qaynaq ki bunu dayandıra bilməyəcəksiniz və orada suların axıntısını tutamayacağınız bir dəniz əmələ gələcəkdir[3]
Şəmsəddin Eldəniz Həmədandan Rey şəhərinə getdi, oradanda Xarəzmşah hökmdarı İlarslan'a belə bir məktub göndərdi :
Bu İmadəddin Ay Aba tamamən sultanın məmlüğü, Xorasanda Sultanın, onun dədə babalarının torpağıdır.Sənin yerləşdiyin Xarəzmdə onun torpağıdır.Əgər sən Nişapur üzərinə hücum edər isen, məndə sənə hücum edərəm və araməzda döyüş baş verər, sən heç özünü düşünürsən ?![4]
Şəmsəddin Eldənizin bu məktubu Xarəzmşah hökmdarını çox əsəbləşdirdi və o ordusunu Nişapur şəhəri mühasirəsi üçün göndərdi.Şəhərin mühasirəsi iki aydan artıq sürsə də şəhər təslim edilmədi.Tərəflər bir birinə üstünlük sağlaya bilmirdi ancaq çox keçmədi ki Eldənizlər Nişapur şəhərini itirdi.Çünkü Əmir İmadəddin Ay Aba Xarəzmşahlar tərəfinə keçərək xəyanət etmişdi[5]
Eldənizin Reyi alması
redaktə24 sentyabr 1169-cu ildə Şəmsəddin Eldəniz Rey şəhəri və ətrafına sahib oldu.Şəmsəddin Eldənizi isə hərəkətə keçirən Rey hakimi inancın illik vergiyi kəsməsi idi.Şəmsəddin Eldəniz vergiləri istədiğində İnanc bunu açıq şəkildə rədd etmişdi.
Döyüş
redaktəBir müddət sonra Şəmsəddin Eldənizin yanına İraqdakı sadiq əmirlərdən bir məktub gəldi və o məktubda Əmir İnancın Xarəzmşah hökmdarı El Arslan ilə müttəfiq olması xəbərini çatdırdı.El Arslanda bundan xəbər tutaraq Əmir İnanca böyük bir orfu göndərdi.El Arslanın məqsədi Reyi alaraq Qərbə doğru ilərləmək idi isədə Əmir İnanc və Xarəzmşahlar ordusu məğlub oldu və Əmir İnanc Rey qalasına sığınmaq mücəburiyyətində qaldı[6]