Reyx - Wikipedia
Reich (alm. ⓘ [ˈʁaɪç]) — Azərbaycan dilində Reyx olaraq oxunur. Hərfi mənası imperatorluq, krallıq, dövlət və zənginlikdir; tarixdə isə Almanların dünyada söz sahibi olduğu dövrlərə verilən ad. Tarixdə üç ədəd Reyx dövrü olmuşdur[1][2].
Birinci Reyx
redaktə- Rəsmi adı: Müqəddəs Roma İmperatorluğu (Heiliges Römisches Reich), Alman Millətinin Müqəddəs İmperatorluğu (1512-ci il qərarnaməsi ilə belə adlandırılmışdır; Heiliges Römisches Reich Deutscher Nation)
- Mövcud olduğu tarix: 962 – 1806
- Paytaxt: Roma (962–1448), Vyana (1448–1806)
- Yaradıcısı: I Otto (962–973)
962-ci ildə yaradılıb 1806-cı ildə məhv olub və Qərbi Roma İmperiyasının varisi olduğu deyilən Müqəddəs Roma German İmperatorluğu adı ilə dünyada tanınır.
İkinci Reyx
redaktə- Rəsmi adı: Alman İmparatorluğu (Deutsches Reich)
- Mövcud olduğu tarix: 1871 – 1918
- Paytaxt: Berlin (1871–1918)
- Yaradıcısı: Otto fon Bismark (1871–1890)
Otto fon Bismarkın 1871-ci ildə Almaniya kansleri olması ilə başlayan və II Vilhelmin Birinci Dünya müharibəsindəki məğlubiyyəti ilə nəticələnən, Prussiyanın başçılığı altında qurulmuş olan Almaniya İmperiyası dövrüdür.
Üçüncü Reyx
redaktə- Rəsmi adı: Alman İmperatorluğu (1933–43), Böyük Alman İmperatorluğu (1943–45; Großdeutsches Reich)
- Mövcud olduğu tarix: 1933 – 1945
- Paytaxt: Berlin (1933–1945)
- Yaradıcısı: Adolf Hitler (1933–1945)
Adolf Hitler tərəfindən yaradılmış olan, rəsmî adı Alman İmperatorluğu olan Nasional Sosialist Almaniya 'dır. 1943-cü ildə sərhədlərinin həddindən artıq böyüməsi ilə Böyük Alman İmperatorluğu adını almışdır. Nasional Sosialist Almaniya, "Üçüncü Reyx" (Drittes Reich) adı ilə də tanınır. Adolf Hitler, Üçüncü Reyxin ilk rəhbəri olmuşdur. Onun zamanında prezidentlik və kanslerlik vəzifələri birləşdirilmişdi (2 avqust 1934-cü ildən etibarən). Hitlerin intihar etməsindən sonra bu iki vəzifə təkrar ayrılmışdılar. Kanslerlik vəzifəsində Hitleri Yozef Gebbels əvəz etmiş, fəqət o da intihar edəndən sonra yerine Ludwig Schwerin von Krosigk gəlmişdir. Prezidentlik vəzifəsinə isə Böyük Admiral Karl Dönits gəlmişdir. Hitler həyatda olarkən Almanlar tərəfindən Führer (rəhbər, öndər, lider) olaraq adlandırılmışdır. Üçüncü Reyx 1945-ci ildə Almaniyanın məğlubiyyəti ilə məhv olmuşdur.
İstinadlar
redaktə- ↑ Reich, n. // Deutsches Wörterbuch von Jacob Grimm und Wilhelm Grimm. 14: R – Schiefe. 1893. 573–584.
- ↑ Orel, Vladimir E. A Handbook of Germanic Etymology. London: Brill Academic Pub. 2003. 305. ISBN 978-9004128750.