Rin Adasi - Wikipedia
Rin adası (tay เกาะริน)- Tailandın şərqində Siam körfəzi sahilində balaca insan yaşamayan bir adadır. Yerli əhali "R" səsini "L" kimi tələffüz etdikləri üçün bəzən onu Ko-Lin də adlandırırlar.
Rin adası | |
---|---|
tay เกาะริน | |
Yerləşməsi | |
12°47′58″ şm. e. 100°42′04″ ş. u.HGYO | |
Ölkə | Tailand |
Region |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəUzaq Pattayn adalar qrupuna daxildir. Bundan əlavə bu adalar qrupuna Luam-Noy, Pxay, Xu-Canq, Klanq-Badan, Man-Viçay, Kxao və Ton-May da daxildir. Adanın sahəsi-0,43 km², dəniz sahili ərazilərin uzunluğu-3300 metrdir. Materikdən 16 km, Pattayedən 21 km məsafədə yerləşir. İnzibati cəhətdən Conburi rayonuna aiddir. Ada şimaldan cənuba 1 km məsafədə uzanır. Şimal hissəsində relyef dağlıqdır, qayalı sahillərdən ibarətdir. Cənub hissəsində isə düzənliklər üstünlük təşkil edir. Şərq hissəsində isə plyajlarla əhatələnib. Ada kol və otlarnan örtülüdür.
Turizm
redaktəKo-Rin kimi də adlandırılan bu ada turistlərin daim marağında olmuşdur. Adaya səyahət etmək müxtəlif ekskursiyaların proqramına daxildir. Buraya səyahətlərin artmasının səbəbi adanın cənubunda isə narın qumlu plyajların, təmiz suyun və mərcan riflərinin olmasıdır. Adanın şimalında isə dayvinqlə məşğul olmaq üçün şərait mövcuddur. İnfrastrukturlar adada yoxdur. Yalnız icarəyə götürülən katerlər vasitəsiylə hərəkət mümkündür.
Qaleriya
redaktə-
Rin adasının cənub hisssəsi.
-
Rin adasının mərkəzi.
-
Plyaj Rin adasında.
-
Plyaj Rin adasında.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Расчеты произведены программой Google Планета Земля Про
- Перейти к:1 2 Ко Рин (остров)|Афиша Паттайя Arxivləşdirilib 2014-04-20 at the Wayback Machine — Описание острова