Rio Antirio Korpusu - Wikipedia
Rio-Antirio körpüsü (yun. Γέφυρα Ρίου-Αντιρρίου) – Yunanıstanın Rio və Antirio şəhərlərini birləşdirən, 2880 metr[1] uzunluğunda körpü.
Körpü rəsmi olaraq Yunanıstanın keçmiş baş naziri Xarilaos Trikupisin (yun. Χαρίλαος Τρικούπης) adını daşıyır. 19-cu əsrdə yaşamış Xarilaos Trikupis Rio və Antirio şəhərləri arasında körpünün tikilməsini təklif edən ilk şəxsdir. Layihənin ümumi dəyəri 630 milyon avro təşkil eləmişdir. Körpünün tikilməsinin 10%-ni özəl şirkətlər, 45%-ni Yunanıstan dövləti, 45%-ni də Avropa İttifaqı maliyyələşdirmişdir[1].
19 iyul, 1998-ci ildə Yunanıstan baş naziri Kostas Simitisin və Yunanıstan prezidenti Kostis Stefanopulos iştirakı ilə Rio – Antirio körpüsünün təməli atıldı. 2004-cü il avqustun 12-də, layihə müddətindən 4 ay tez, eyni zamanda 2004 Yay Olimpiya Oyunları açılış ərəfəsində körpü tamamlandı[2].
İstinadlar
redaktə- ↑ 1 2 "THE RION-ANTIRION BRIDGE An Engineering Marvel Spanning the Gulf of Corinth, Greece". 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
- ↑ "Gefyra SA. A great dream". 2010-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.