Robert Bos - Wikipedia
Robert Boş (alm. Robert Bosch; 23 sentyabr 1861[2][3][…] – 12 mart 1942[3], Ştutqart[4]) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi.
Robert Boş | |
---|---|
alm. Robert Bosch | |
Doğum tarixi | |
Doğum yeri | Ulm, Almaniya |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Ştutqart, Almaniya |
Dəfn yeri | |
Atası | . |
Milliyyəti | Alman |
Fəaliyyəti | İxtiraçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi. Daha sonra bir il ərzində mühəndis batalyonunda hərbi xidmətdə qulluq etdi, 1894-cü ildə isə o, Ştutqartda Ali Texniki məktəbdə mühazirələrə getməyə başladı. Eyni zamanda Robert Boş ABŞ-a da getməyə fürsət tapdı və ona dahi Edissonla işləmək nəsib oldu. 1886-cı ildə Robert Boş Ştutqartda "Dəqiq mexanika və elektrotexnika emalatxanası" adlanan şəxsi firmasını açdı. Əvvəlcə ona bir qədər çətin oldu, belə ki, gəlirin hamısı yeni avadanlığın alınmasına sərf olunurdu. Həmin çətin zamanlarda Boş telefon aparatlarından tutmuş su səviyyəsinin distansion siqnal vericilərinədək müxtəlif elektrik avadanlıqlarının istehsalı ilə məşğul olurdu. 1887-ci ildə Robert Boş stasionar qaz mühərrikləri üçün aşağı voltlu maqnetodan ilk alışdırıcı qurğu işləyib hazırladı. Maqneto — mexaniki enerjini elektrik enerjisinə çevirən, yandırılan şamlara elektrik cərəyanının impulsunun çatdırılmasını təmin edən maqnit elektrik maşınıdır. Beləliklə, sınaqlar aşkar göstərdi ki, yeni layihə gündəlik istifadə üçün yaramır, lakin Boş ruhdan düşmədi və bir neçə ay təcrübələr apardıqdan sonra o, bu yeni qurğunu tam surətdə təkmilləşdirərək onu daha yığcam və daha güclü edə bildiyinə görə sifarişlərin sayı kəskin artdı, 1890-cı ilin əvvəlində firmanın satış payının 50 % həcminə maqnetodan alışma sistemlərinə sifarişləri düşürdü. 1896-cı ildə Boş minə qədər maqneto istehsal edib sata bildi. Onlar "avtomobilistehsalının ataları"ndan biri olan Hottlib Daymlerin çox xoşuna gəldi və öz avtomobilləri üçün alışdırma sisteminin işlənib hazırlanması haqqında Boş ilə saziş bağladı. Daymlerin avtomobillərində alovlanma sistemi kimi pilot borudan istifadə edilirdi. Bu sistemlə maşını işə salmaq çox vaxt aparırdı. Bundan əlavə, borucuqda açıq alov var idi və yanğın təhlükəsi yaradırdı. Daha bir səbəb isə akkumulyatorların yüklənməsi qısa məsafəyə kifayət edirdi, belə ki, o zamanlar müasir tipli generatorlarda olduğu kimi yenidən yükləmək mümkün deyildi. Roberto Boş tərəfindən icad edilmiş avtomobillərdə yüksək dövrlü daxili yanma mühərrikləri üçün maqnetodan uyğunlaşmış alışdırma qurğuları bütün bu problemləri aradan qaldıra bildi. Yeri gəlmişkən, deyək ki, o, "velosiped ixtira" etməmişdi, sadəcə əsas kimi patentləşdirilmiş elektrik qığılcımını hava-yanacaq qarışığının detonasiyası üçün generasiya edən aparatı əsas götürərək təkmilləşdirmişdir. Digər avtomobil firmaları belə ciddi ixtiranı görməyə bilməzdilər və onlar da maqnetonu öz maşınları üçün istifadə etməyə başladılar. Robert Boşun firmasının məhsuluna tələbat sürətlə artdı və artıq 1901-ci ildə bir ilə 10000-dən çox maqneto buraxıldı. Təcrübə göstərdi ki, aşağı gərginlikli maqnetoda da bir sıra çatışmazlıqlar var idi. Məsələn, o, dəqiqədə 200 qığılcım yarada bilirdi, əlbəttə bu stasionar mühərriklər üçün normal idi, lakin avtomobil motorları üçün daha çox tələb olunurdu (müasir alışma şamları bir dəqiqədə 3500 dəfəyə qədər qığılcım istehsal edirlər). 1902-ci ildə Robert Boş və onun tələbəsi mühəndis Hottlob Honold (1876–1923) yüksək gərginlikli maqnetodan alovlanma sistemi işləyib hazırladılar. Burada bilavasitə alışma şamının elektrodlarının boşalması zamanı qığılcım yaranırdı. Bundan sonra Hottlob Honold daxiliyanma mühərriklərinin alışma sisteminin təkmilləşdirilməsinə cavabdehlik daşıyan şəxs və Boş şirkətinin inkişafı üzrə direktor oldu. 1902-ci ildə bu yeni sistem bütün nəqliyyat sənayesinin mühüm mərhələsi istehsalatda işə salınmış, 1910-cu ildə isə yeni maqnetoların istehsal həcmi ildə 600000 ədəd təşkil etmişdi. Bu zamana qədər Boşun Ştutqartdakı emalatxanası böyüyərək ölçüsü 37000 m²-dən çox olan yeni zavoda çevrilmişdi. Eyni zamanda alışma sistemi üçün cərəyan yığımı probleminin həlli ilə yanaşı Robert Boş şamın təkmilləşdirilməsi ilə də məşğul olurdu. Qeyd etməliyik ki, ilk dəfə olaraq şamı Karl Benz tətbiq etməyə başlamışdı, lakin heç bir müvəffəqiyyət əldə edə bilməmişdi. Belə ki, o, izolyator və elektrodları hazırlamaq üçün uyğun maddə tapa bilməmişdi, amma bu Robert Boşda çox gözəl alınmışdı. O, izolyatoru keramikadan, elektrodları isə xüsusi odadavamlı ərintidən hazırlamışdı. Boş şirkətinin Almaniyanın sərhədlərindən kənarda genişləndirilməsi XX əsrin əvvəllərində başladı: əvvəlcə zavodları Böyük Britaniyada, sonra isə digər Avropa ölkələrinin şəhərlərində — Paris, Vyana, Brüssel, Milan, Budapeşt, Stokholmda və s.tikildi. "Boş"un Amerikada ilk fabriki 1910-cu ildə Sprinqfildsdə (Massaçusets ştatı) tikilmişdir. 1914-cü ildə daha bir zavod Pleynfilddə (Nyu-York ştatı) açılmışdır. Sonra Çikaqo, San-Fransisko və Detroytda müəssisələri açılmışdır. Bir də Şimali Amerika, Asiya, Afrika və Avstraliyada şirkətlərin nümayəndəliyi açılmışdır. Birinci Dünya müharibəsinin əvvəlində Robert Boş Almaniyanın ən uğurlu sənayeçilərindən biri oldu, onun illik gəliri 4 mln mark dəyərində idi. Müharibədən sonra Boşun şirkəti yeni texniki həllərin tapılmasını davam etdirdi: 1925-ci ildə bölüşdürücülər və alışma makaraları, 1927-ci ildə dizel mühərrikləri üçün yüksək təzyiqli yanacaq nasosları, 1951-ci ildə benzin mühərrikləri üçün benzinin verilmə sistemi (1967-ci ildə elektron variantı artıq işlənib hazırlanmışdı), 1978-ci ildə ABŞ antibloklaşdırma sistemləri, 1979-cu ildə benzinin verilməsi və alışmasının dijital idarə sistemləri. Bundan əlavə, Boş şirkəti avtomobillərə aid avadanlıqları: işıqlandırma cihazlarının, səs siqnallarının, su səviyyəsi göstəricisinin, kilometrlər sayğacının, qızdırıcıların, şüşə təmizləyənlərin, yağ və yanacaq nasoslarının və s. istehsalını təşkil etmişdir. Şirkətin məhsullarının 4/5 hissəsi xaricdə satılırdı. Robert Boş 1920-ci ilin sonunda işlərdən uzaqlaşdı, 1942-ci ildə vəfat etdi. Cəsarətlə demək olar ki, Robert Boş avtomobil üçün çox iş görmüş insandı. Onun hazırladığı alışma sisteminə gəldikdə isə bir neçə onilliklər ərzində o, mütəmadə olaraq təkmilləşdirilmiş, lakin hazırda da benzin mühərriklərində əvvəlki kimi hava-yanacaq qarışığı elektrik qığılcımı vasitəsi ilə alışır, necə ki, dahi ixtiraçı təklif etmişdir. Hal-hazırda şirkət Robert Boşun törəməsinin öz ştatında 270000-dən çox əməkdaşı vardır, onun illik dövriyyəsi 2009-cu ildə 38,2 mlrd avro təşkil etmişdir. Onun 280-ə qədər tərəfdaş şirkətləri, 140-dan çox ölkədə 13000-dən çox servis mərkəzi vardır. Keyfiyyət şirkətin işinin ən əsas prinsipidir və avtomobil üçün ehtiyat hissələrinin və ayrı-ayrı qovşaqların istehsalı təxminən 90 % gəlir gətirirlər.
İstinadlar
redaktə- ↑ Find a Grave (ing.). 1996.
- ↑ Robert Bosch // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Robert Bosch // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Deutsche Nationalbibliothek Record #118513818 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Ədəbiyyat
redaktə1.Сергей Юрьевич Нечаев Удивительные изобретения [Текст] / С. Ю. Нечаев. — Москва : ЭНАС, 2012. — 236,