Robert Brus Merrifild - Wikipedia
Robert Brüs Merrifild — kimya üzrə Nobel mükafatçısı.
Robert Brüs Merrifild | |
---|---|
ing. Robert Bruce Merrifield | |
Doğum tarixi | 15 iyul 1921[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 2006[2][3] (84 yaşında) |
Elm sahəsi | biokimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAmerika bioüzvü kimyaçısı Robert Merrifild 1921-ci ilin iyulun 15-də Texas ştatında, Fort-Uertdə anadan olmuşdur. 1923-cü ildə ailəsi Kaliforniyaya köçür və burada o, doqquz illik məktəbə gedir. Bundan sonra o, iki il Montebello Ali məktəbində oxuyur və oranı 1939-cu ildə bitirir. O, kimya və astronomiya ilə maraqlanır. İki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir.
Elmi naliyyələri
redaktəİki il Pasaden kollecində oxuduqdan sonra Los Ancelesdəki Kaliforniya universitetinə keçir. Kimyaçı diplomu aldıqdan sonra bir il Philip R. Park Research Foundation-da işləyir və heyvanları sintetik aminturşularla qidalandırma eksperimentlərində asistent olur. Bu eksperimentlərdən biri Heyqer (Geiger) eksperimenti idi ki, o, ilk dəfə olaraq göstərdi ki, heyvanların normal inkişafı üçün əvəzolunmaz aminturşuların birgə iştirakı vacibdir.
Bundan sonra Merrifild Kaliforniya universitetinin kimya fakültəsinə qayıdır və biokimya professoru Dann ilə pirimidinlərin miqdarı analizi üçün biokimyəvi üsul işləyib hazırlayır.
1949-cu ildə o, Rokfeller tibbi tədqiqatlar institutuna (sonralar Rokfeller universitetinə çevrilir) keçir və doktor Vullinin (D. W. Woolley) inkişafın dinuleotid faktorunun tədqiqində assistenti olur. Onların tədqiqatları tələb olunan quruluşu peptidlərin kimyəvi sintezinin vacibliyinə və son nəhayətdə 1959-cu ildə peptidlərin bərkfazalı sintezi ideyasına gətirib çıxardı. 1963-cü ildə Merrifeld Amerika kimya cəmiyyətinin Jurnalında klassik məqaləsini çap etdirir ki, bu məqalədə "peptidlərin bərkfazalı sintezi" adlanan üsulu təsvir edir. Bu məqalə jurnalda ən çox istinad olunan məqalələrdən biri olur.
XX əsrin 60-cı illərində doktor Merrifildin laboratoriyasında ilk dəfə olaraq bradikinin, angiotenzin, deaminooksitosin və insulin sintez olunmuşdur. 1969-cu ildə o və həmkarı Berin Qutt (Bernd Gutte) ribonukkleaza A fermentinin birinci kimyəvi sintezi haqqında məlumat verdi.
Mükafatları
redaktə- 1969-cu ildə tibb üzrə Lasker mükafatı
- 1970-ci ildə Heydner mükafatı
- 1972-ci ildə sintetik üzvi kimya sahəsində açar rolu oynayan işlərə görə Amerika kimya cəmiyyətinin mükafatı
- 1973-cü ildə Nikols medalı,
- 1979-cu il ilə Amerikanın peptidlər üzrə simpoziumun ikinci Alan Pirs mükafatı ilə mükafatlandırılmışdır.
- Merrifild 1984-cü ildə "Bərk matrisalar üzərində kimyəvi sintez üsulunu işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür
İstinadlar
redaktə- ↑ Robert Bruce Merrifield // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Robert Bruce Merrifield // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ R. Bruce Merrifield // Munzinger Personen (alm.).