Robert Kempbell - Wikipedia
Robert Kempbell (ing. Robert Campbell; 21 fevral 1808, Qlen Layon, Şotlandiya — 9 may 1894, Manitoba) — Şotlandiya əsilli Şimali Amerika tədqiqatçısı və xəz taciri.
Robert Kempbell | |
---|---|
Doğum tarixi | 21 fevral 1808[1] |
Vəfat tarixi | 9 may 1894[1] (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Həyatı
redaktəKempbell 1808-ci ildə Şotlandiyada anadan olmuşdur. O, 22 yaşında ABŞ-yə köçmüş və Hudzon körfəzi şirkətində işləməyə başlamışdır. Kempbell Makkenzi çayının hövzəsinin qərb hissəsini və Liard çayının yuxarı axarını tədqiq etmiş və 1840-cı ildə Yukon çayına çatmışdır. Həmin il Robert Kempbell Franses gölündə şirkətin birinci ticarət postunu yaratmışdır.[2] O, cənubi Yukonun böyük hissəsini tədqiq etmişdir. Kempbell Makkenzi çayının axını olan Liard çayı üzrə hərəkət edirdi, daha sonra başqa çaya keçdi və onu Pelli adlandırdı, bu çay üzrə o başqa çaya çıxdı və onu Lyuis adlandırdı. Kempbell səyahətini dəyandırmaq qərarına gəldi və Makkenzi çayında yerləşən dayaq məntəqəsinə qayıtdı. Dörd ildən sonra Kempbell Pelli çayının mənsəb hissəsində Fort Selkerk ticarət postunu açmışdır.
1852-ci ildə Kempbell İngiltərəyə getdi və 1854-cü ilə qədər orada qaldı. Şimali Amerikaya qayıtdıqdan sonra o, yenidən Makkenzi çayının rayonuna yola düşür. 1871-ci ildə Hudzon körfəzi şirkətindən ayrıldıqdan sonra Kempbell Şotlandiya və Manitobada yaşamışdır. 1880-ci illərin sonunda o, birdəfəlik Manitobaya köçmüşdür. Robert Kempbell 1894-cü il mayın 9-da vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 University of Toronto, Laval University ROBERT CAMPBELL // Dictionary of Canadian Biography, Dictionnaire biographique du Canada (ing.). / G. Brown, D. Hayne, F. Halpenny, R. Cook, J. English, M. Trudel, A. Vachon, J. Hamelin UTP, Presses de l'Université Laval, 1959. ISSN 0420-0446; 0070-4717
- ↑ Ken Spotswood. Before the Klondike Gold Rush Arxivləşdirilib 2010-11-23 at the Wayback Machine (ing.). The Klondike Weekly.