Romanov Qoyunu - Wikipedia
Romanov qoyunu — Rusiyanın yuxarı Volqa bölgəsindən gələn ev qoyunu növüdür. Romanov adını, eyni adı daşıyan qəsəbədən götürmüşdür. Bu qoyunlara ilk dəfə XVIII əsrdə Rusiya xaricində rast gəlindi. Tezliklə Almaniyaya, daha sonra isə Fransaya idxal edildi. 1980-ci ildə Kanada hökuməti tərəfindən 14 qoyun və 4 qoç alındı və 5 il karantində saxlanıldı. Testdən sonra, Romanov cinsinin bir qismi ABŞ-yə gətirildi.
Romanov qoyunu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Görünüşü
redaktəBu qoyunlar, soyuq iqlimə adaptasiya edilmişdir. Romanovlar, Şimali Avropa qısa quyruqlu qoyun irqlərindəndir. Dünyaya gəldiklərində təmiz qara olurlar, ancaq qocaldıqca rəngləri sürətlə boza çalır. Bir erkək Romanovun orta ağırlığı 55–80 kiloqram və bir dişi Romanovun orta ağırlığı 40–50 kiloqramdır.
Törəmə
redaktəRomanovlar 3–4 aylıq olanda cinsi olaraq yetkinləşir və ilin hər bir ayında törəməyə başlayırlar. Qoyun dörd, beş və hətta bəzən altı quzu törəyə bilirlər. İngiltərə və Şimali Amerikadakı ev qoyunu irqləri genetik olaraq fərqlidir. Çünki Romanov irqi "yarımqan" deyil, "safqan"dır. Ancaq törəmələrini artırmaq üçün adətən daha populyar irqlərlə cütləşirlər.