Ronald Qriqor Suni - Wikipedia
Ronald Qriqor Süni (erm. Ռոնալդ Գրիգոր Սյունի; ing. Ronald Grigor Suny; 25 sentyabr 1940, Filadelfiya, Pensilvaniya) — erməni əsilli ABŞ tarixçisi, Miçiqan Universitetinin siyasi və sosial tarix üzrə professoru, Çikaqo universitetinin politologiya üzrə fəxri professoru, "The Cambridge History of Russia"nın baş redaktorudur[1]. O, hal-hazırda Ayzenberq Tarixi Araşdırmalar İnstitutunun direktorudur. 1940-cı ilin sentyabrın 25-i ABŞ-də anadan olub, Ronald əslən Gədəbəydən olan erməni bəstəkarı Qriqor Mirzoyan Süninin (1876–1939) nəvəsidir.
Ronald Qriqor Süni | |
---|---|
ing. Ronald Grigor Suny | |
Doğum tarixi | |
Doğum yeri | Filadelfiya, ABŞ |
Milliyyəti | erməni |
Təhsili | |
Fəaliyyəti | politoloq, tarixçi |
Süni Svartmor Kollecini bitirib, 1968-ci ildə Kolumbiya Universitetində doktorantura disertasiyasını müdafiə edib. Tarixçi kimi onun maraq dairəsinə Sovetlər İttifaqı və post-sovet Rusiya, milliyətçilik və etnik münaqişələr, Cənubi Qafqaz daxildir.
Qriqor Süni Çikaqo universitetində Aleks Manukyan "Yeni erməni tarixi" fakultəsinin ilk rəhbəri olub, (1981–1995) burada o, "erməni araşdırmaları" proqramını təsis edib və ona rəhbərlik edib.
Tənqid
redaktəErmənistanda bir sıra tarixçi və publisist, xüsusilə tarixçi Armen Ayvazyan aparıcı qərb ermənişunaslarını o cümlədən də Ronald Sünini ABŞ hökumətinin tapşırığı ilə Ermənistanın tarixini saxtalaşdırmaqda ittiham edir.
1997-ci ildə Ermənistandakı Amerika Universitendəki çıxışından sonra Ronald Süni bəzi milliyətçi mövqeyə malik erməni tarixçisi və KİV-i tərəfindən "erməni vətənpərvərliyinin" olmamasında və keçmişdə İrəvanda müsəlman əhalinin ermənilərdən çox olması haqda qeyri-dəqiq mənbələrdən istifadə etməkdə ittiham olundu.
Süninin özünün etirafına görə o mənbə kimi Corc Burnutyanın və Riçard Hovanisyanın əsərlərində olan rəsmi Rusiya sənədlərindəki məlumatlardan istifadə edib[2].
Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli sabiq əməkdaşı və ABŞ-də Milli təhlükəsizlik məsələləri üzrə ekspert olan Paul B. Henze, Ronald Süninin “Ağrı dağa baxış: Müasir Tarixdə Ermənistan” (Looking toward Ararat: Armenia in Modern History) kitabına yazdığı resenziyada aşağıdakıları qeyd edir: “Kitabda mən ASALA haqqında heç bir məlumata rast gəlmədim, bu çox ciddi çatışmazlıqdır. Süninin erməniləri yer üzərindəki ilk xristianlar kimi tərif edən və bu milləti ən əzabkeş millət kimi təqdim edən sadəlövflərə qarşı çıxması təqdirəlayiq haldır. Amma onun erməni terrorizminin yaranması və Osmanlı imperiyasında XIX əsrin sonu XX əsrin əvvəllərində baş vermiş faciəvi hadisələrə aparan proseslərə münasibəti bu kitabın xoşagəlməz hissəsidir. Andonyanın “sənədlərinin” Süni tərəfindən təqdir edilməsi və Dadryan tərəfindən onların (sənədlərin) türklər və digər mənbələr tərəfindən təkziblərinə məhəl qoymadan “leqitimləşdirilməsi” təəssüf doğurur[3].
Kitabları
redaktə- Ronald Grigor Suny. The making of the Georgian nation. — 2. — Indiana University Press, 1994. — 418 p. — ISBN 0253209153, ISBN 9780253209153
- Ronald Grigor Suny, Fatma Müge Göçek, Norman M. Naimark. A Question of Genocide: Armenians and Turks at the End of the Ottoman Empire. — Oxford University Press, 2011. — 465 p. — ISBN 9780195393743
- Ronald Grigor Suny. Looking toward Ararat: Armenia in modern history. — Indiana University Press, 1993. — 289 p. — ISBN 0253207738
- Ronald Grigor Suny. Armenia, Azerbaijan, and Georgia: A Country Study / Glen E. Curtis (ed.). — Diane Publishing, 1996. — 298 p. — ISBN 0788128132, ISBN 9780788128134
- Ronald Grigor Suny. Power and Authority in the Soviet // Stalinism: The Essential Readings / Editor(s): David L. Hoffmann. — Wiley-Blackwell, 2003. — 317 p. — ISBN 0631228918, ISBN 9780631228912
- Ronald Grigor Suny. The revenge of the past: nationalism, revolution, and the collapse of the Soviet Union. — Stanford University Press, 1993. — 200 p. — ISBN 0804722471, ISBN 9780804722476
- Ronald Grigor Suny. Transcaucasia, nationalism and social change: essays in the history of Armenia, Azerbaijan, and Georgia. — 2. — University of Michigan Press, 1996. — 543 p. — ISBN 0472096176, ISBN 9780472096176
İstinadlar
redaktə- ↑ http://books.google.az/books?id=KAPxOl_mh4YC&printsec=frontcover&dq=Cambridge+history+of+Russia+Ronald+Grigor+Suny&hl=ru&ei=HcmuTtQRyMi0Bu3c_OsP&sa=X&oi=book_result&ct=result&redir_esc=y#v=onepage&q&f=false Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine Maureen Perrie, D. C. B. Lieven, Ronald Grigor Suny. The Cambridge History of Russia: The twentieth century, Cambridge University Press, 2006
- ↑ http://www.regnum.ru/allnews/159139.html Arxivləşdirilib 2009-05-13 at the Wayback Machine Интеллектуальная агрессия против армянской научной мысли финансируется Госдепом США
- ↑ Paul B. Henze, RAND Corporation