Roy Orbison - Wikipedia
Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.
Roy Kelton Orbison | |
---|---|
ing. Roy Kelton Orbison | |
Ümumi məlumatlar | |
Ləqəbləri |
Böyük O (The Big O) Rokun Karuzosu (The Caruso of Rock) |
Doğum tarixi | |
Doğum yeri | Vernon, Texas, ABŞ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Hendersonvill, Tennessi, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Uşaqları | 5 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 1954—1988 |
Janrlar |
rok-n-roll rokabilli kantri |
Musiqi alətləri | gitara |
Albom şirkətləri | Sun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin |
Təhsili |
|
Mükafatları | |
royorbison.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.
Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.
Mükafatları
redaktə1987-ci ildə Orbison "Rok-n-roll Şərəf zalına" və "Naşvill bəstəkarların Şərəf zalına", 1989-cu ildə isə "Beynəlxalq bəstəkarlar assosiasiyasının Şərəf zalı"na qəbul edilmişdir. Rolling Stone jurnalının "Bütün dövrlərin ən yaxşı 50 ifaçısı siyahısı"nda 37-ci və 2008-ci ildə tərtib edilmiş "Bütün dövrlərin 100 ən yaxşı vokalistindən 20-si" siyahısında isə 13-cü yeri tutur.
2002-ci ildə "Billboard" jurnalı Orbisonun adını "600 ən çox yazılan artist" siyahısında 74-cü yerdə yerləşdirmişdi. 29 yanvar 2010-cu ildə Hollivuddakı Şöhrət yolunda Roy Orbisonun ulduzu qoyulmuşdur.
İl | Mükafat | Nailiyyət |
---|---|---|
1980 | "Qremmi" mükafatı | Emili Harrislə duetdə ən yaxşı vokal kantri ifasına görə |
1986 | "Qremmi" mükafatı | Ən yaxşı danışıq albomuna və ya qeyri-musiqili alboma görə |
1988 | "Qremmi" mükafatı | Ketrin Don Lanqla birlikdə ən yaxşı birgə vokal kantri ifasına görə |
1989 | "Qremmi" mükafatı | The Traveling Wilburys qrupu ilə birlikdə ən yaxşı vokal rok ifasına görə |
1990 | "Qremmi" mükafatı | Ən yaxşı vokal ifası |
1998 | "Grammy Lifetime Achievement Award" mükafatı | Musiqi sənayesinin inkişafına verdiyi əvəzolunmaz töhfələrə görə |
Diskoqrafiya
redaktəİl | Albom | Firma | Qeyd | Çartlarda ən yüksək yeri | RIAA-nın ABŞ-da sertifikasiyası | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ABŞ (Billboard 200) [1] |
Böyük Britaniya [2] |
Kanada |
Norveç [3] |
İsveç [4] |
Avstraliya [5] |
Yeni Zelandiya [6] |
Nielsen SoundScan | |||||
1961 | Roy Orbison at the Rock House | Sun | — | — | — | — | — | — | — | |||
1961 | Lonely and Blue | Monument | — | 15 | — | — | — | — | — | |||
1962 | Crying | Monument | 21 | 17 | — | — | — | — | — | |||
1962 | Roy Orbison's Greatest Hits | Monument | Toplu | 13 | — | — | — | — | — | — | Qızıl albom Gümüş albom [7] |
|
1963 | In Dreams | Monument | 35 | 6 | — | — | — | — | — | |||
1964 | More of Roy Orbison's Greatest Hits | Monument | Toplu | 19 | — | — | — | — | — | — | ||
1964 | Early Orbison | Monument | Toplu | 101 | — | — | — | — | — | — | ||
1965 | There Is Only One Roy Orbison | MGM | 55 | 10 | — | — | — | — | — | |||
1965 | Orbisongs | Monument | 136 | 40 | — | — | — | — | — | |||
1966 | The Orbison Way | Monument | 128 | 11 | — | — | — | — | — | |||
1966 | The Classic Roy Orbison | MGM | — | 12 | — | — | — | — | — | Qızıl albom | ||
1966 | The Very Best of Roy Orbison | Monument | Toplu | 94 | — | — | — | — | — | — | ||
1967 | Roy Orbison Sings Don Gibson | MGM | — | — | — | — | — | — | — | |||
1967 | Cry Softly Lonely One | MGM | — | — | — | — | — | — | — | |||
1969 | Roy Orbison's Many Moods | MGM | — | — | — | — | — | — | — | |||
1970 | Hank Williams the Roy Orbison Way | MGM | — | — | — | — | — | — | — | |||
1970 | The Big O | London | — | — | — | — | — | — | — | |||
1972 | Roy Orbison Sings | MGM | — | — | — | — | — | — | — | Qızıl albom | ||
1972 | Memphis | MGM | — | — | — | — | — | — | — | |||
1973 | Milestones | MGM | — | — | — | — | — | — | — | |||
1976 | I'm Still in Love with You | Mercury | — | — | — | — | — | — | — | |||
1977 | All-Time Greatest Hits | Monument | Toplu | — | 39 | — | 4 | 26 | — | — | Platin albom | |
1977 | Regeneration | Monument | — | — | — | — | — | — | — | |||
1979 | Laminar Flow | Asylum | — | — | — | — | — | — | — | |||
1985 | Class of '55 | PolyGram | Toplu | — | 15 | — | — | — | — | — | ||
1987 | In Dreams: The Greatest Hits | Virgin | Toplu | 95 | 86 | — | — | — | — | 2 | Qızıl albom Gümüş albom [7] |
|
1988 | For the Lonely: 18 Greatest Hits | Rhino | Toplu | 110 | — | — | — | — | — | — | ||
1989 | Mystery Girl | Virgin | Ölümündən sonra | 5 | 2 | 4 | 1 | 1 | 1 | 7 | Platin albom 3x Platin albom Platin albom [7] Qızıl albom [8] Qızıl albom [9] | |
1989 | The Legendary Roy Orbison | PolyGram | Toplu | — | 1 | 53 | — | — | — | — | Platin albom 2x Platin albom [7] | |
1989 | A Black & White Night Live | Virgin | Konsert | 123 | 51 | 63 | — | 45 | 28 | 14 | ||
1992 | King of Hearts | Virgin | Ölümündən sonra | 179 | 23 | 69 | — | — | 25 | 18 | ||
1995 | Super Hits | Epic | Toplu | — | 54 | — | — | — | — | — | Qızıl albom | |
1996 | The Very Best of Roy Orbison | Virgin | Toplu | 186 | 18 | — | 8 | 33 | — | 22 | Gümüş albom [7] | |
1999 | 16 Biggest Hits | Monument | Toplu | — | — | — | — | — | — | — | Qızıl albom | |
2000 | 20 Golden Hits | TeeVee | Toplu | — | 69 | — | — | — | — | — | ||
2001 | Love Songs | Virgin | Toplu | — | 4 | — | — | 8 | — | — | Qızıl albom [7] | |
2006 | The Essential Roy Orbison | Monument | Toplu | — | 62 | — | 6 | 5 | 39 | — | ||
2006 | The Very Best of Roy Orbison | Virgin | Toplu | — | — | 33 | — | — | 11 | 3 |
İstinadlar
redaktə- ↑ "Roy Orbison > Charts & Awards Arxivləşdirilib 2010-11-09 at the Wayback Machine". Allmusic.
- ↑ "UK Singles Chart Roy Orbison discography". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
- ↑ "norwegiancharts.com Roy Orbison discography". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
- ↑ "swedishcharts.com Roy Orbison discography". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
- ↑ "australian-charts.com Roy Orbison discography". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
- ↑ "charts.org.nz Roy Orbison discography". 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-28.
- ↑ 1 2 3 4 5 6 "Certified Awards Search Arxivləşdirilib 2017-10-06 at the Wayback Machine". British Phonographic Industry. Retrieved on 8 September 2009. Note: User needs to enter "Roy Orbison" in the "Search" field, "Artist" in the "Search by" field and click the "Go" button. Select "More info" next to the relevant entry to see full certification history.
- ↑ "Goud & Platina Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine". NVPI (in Dutch). Retrieved on 20 October 2008. Note: User needs to enter "Roy Orbison" in "Artiest" and click "Zoek".
- ↑ "Roy Orbison Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine". The Finnish Group of IFPI (in Finnish).
Xarici keçidlər
redaktə- royorbison.com — Rəsmi saytı
- CMT's tribute to Orbison Contains a music video section that contains the entire "Diamond Career Awards" from 11–18-88, and also several rare videos "Heartbreak Radio" and "Walk On"
- Roy Orbison: The Big O Arxivləşdirilib 2010-02-17 at the Wayback Machine life story by Marie Claire Magazine Australia
- 1975 Roy Orbison private phone interview with Ronnie Allen (researcher for Casey Kasem)
- Hugo Keesing Collection on Roy Orbison — Special Collections in Performing Arts, University of Maryland