Roza Zergerli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı.
Roza Zərgərli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 mart 1979 (45 yaş) |
Doğum yeri | Labıtnangi, Tümen vilayəti, RSFSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, aparıcı |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Həyatı
redaktəRoza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Karyerası
redaktə2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s. adlı müxtəlif süjetli kliplərin ssenari müəllifi və rejissoru olmuşdur. “Tı i ya” adlı kompozisiyanı isə Rusiyanın Xalq artistləri Yalla qrupu ilə bərabər duet şəklində ifa etmişdir. Aktrisa kimi Roza Zərgər qızı Allahverdiyeva kino və televiziya rejissorlarının diqqət mərkəzində olmuş, 2000-ci illərin ortalarında etibarən bir çox seriallarda müxtəlif xarakterli Azərbaycan qadını obrazlarını yaratmışdır: “Susmuş vicdan” (rej. E.Cahangirli-2012, rol –Zəhra), “Tək olanda qorxma” (rej. V.Mustafayev-2010, rol-Zeynəb), “Qisas” (rej. A.Abramov-2014, rol- Kəmalə), “100 kağız” (rej. Ş.Zəkizadə - 2015, rol- opera müğənnisi), “Azərbaycansayağı boşanma” (rej.V.Mustafayev-2018, rol- Sara xatun), İctimai TV-də “Oxşarabad” musiqili komediyası (2019, rol- evdə qalmış qız), “Şou-biznesin sonu” (2019, rol- dəli yazıçı), “Bizim restoran”(rej.R.Hüseynov, hal-hazırda İctimai televiziyada hər şənbə yayımlanır. –Gulya xanım). Roza Zərgər qızı Allahverdiyeva dəfələrlə cəbhə bölgəsində olmuş, həm populyar aktrisa, həm də sevilən müğənni kimi əsgərlərimizin qarşısında maraqlı konsert nömrələri və səhnəciklərlə çıxış etmişdir. Beləliklə, hərbi heyət qarşısında 20-yə qədər proqramla çıxış etmişdir. 2015-ci ildə Avropa oyunları şərəfinə 18 bölgədə 18 medalçımızın şərəfinə tamaşa konsertlə çıxış etmişdir. 20- yə qədər klip, 6 albom buraxan ifaçı-aktrisa 2014-cü ildən də müxtəlif telekanallarda (İctimai TV, Lider TV, ATV) yayımlanan “Bakı vaxtı ilə” verilişinin aparıcısı və müəllifidir. Verilişin məzmunu Azərbaycan mədəniyyət xadimlərinin həyat və yaradıclıqlarını əhatə edir və bir çox televiziya layihələrinin müəllifidir.
Yaradıcılığının daha bir şaxəsini nümayiş etdirən Roza Zərgər qızı Allahverdiyeva həm də bir neçə bioqrafik romanın müəllifidir. Onun “Sibir çiçəyi” adlı avtobioqrafik romanı 2018-ci ildə “Kaysın Kuliyev” adına ordenə layiq görülmüşdür. Həmin gecədə Nəriman Həsənzadə, Fikrət Qoca, Sona Vəliyeva ilə bərabər mükafatlandırılmışdır. 2018-ci ilin fevral ayının 9-da Dhüseyn Kasiyenovun təşkil etdiyi Türksoyun Türkdilli xalqların mədəniyyət əlaqələrinin inkişafına görə Azərbaycanın görkəmli incəsənət xadimləri ilə Fərhad Bədirbəyli, Rauf Abdullayev, Çingiz Fərzəliyevlə birgə medalla təltif olunmuşdur. Bununla yanaşı, Lermontov adına Yazıçılar İttifaqının fəxri üzvüdür. Moskvada yerləşən Qafqaz Biznesinin Təhsili Elmi İctimai Akademiyasının akademiki adına layiq görülüb. Bu günə kimi tədbirlərdə təşkil və iştirakına görə 678 fəxri diplomlara layiq görülmüşdür.
O, həm də bacarıqlı pedaqoqdur. Bakı Xoreoqrafiya Akademiyasında İncəsənət fakültəsində Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır. Fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.
Rejissorluq, aktyorluq, müğənnilik və pedaqogika sahələrində 20 il ərzində böyük nailiyyətlər əldə etmiş Roza Zərgər qızı Allahverdiyeva hazırda yeni-yeni layihələr üzərində çalışır və aktrisa kimi müxtəlif seriallarda maraqlı xarakterlər, obrazlarla fəaliyyətini davam etdirir.
Belə ki, Roza Zərgər qızı Allahverdiyevanın himayəçilik və xeyriyyəçilik fəaliyyəti də göz önündədir. Sənətçi 4 övladından 3-nü övladlığa götürmüşdür.
Videoqrafiya
redaktəSay | Klip | Tarix |
---|---|---|
01 | Eşqimin Köləsi | 2003 |
02 | Talelər | |
03 | Heç Kim | 2005 |
04 | Səninlə Barışmaq | 2006 |
05 | Mənimlə Mənsiz | 2010 |
06 | Səninlə | 2011 |
07 | Stolik na dvoix ft. Klan A Plan | 2011 |
08 | İstanbul Qızı | 2011 |
09 | Eşqimin Köləsi | 2012 |
10 | Qəlbdən Sevən | 2012 |
11 | Atəş | 2012 |
12 | Ты и я ft. Уч-Кудук | 2014 |
13 | Oyuncak ft. Pankart | 2015 |
14 | Qəmli Nağıl | 2015 |
15 | Hər Gün | 2017 |
16 | Biri Sənsən, Biri Mən ft. Valeh | 2017 |
17 | Женщина Которая Поет | 2018 |
18 | Novruz Gəldi ft. Elman İbrahimi | 2019 |
19 | Mənə Öyrət | 2019 |
20 | Milyon Şanslar ft. Əkbər Əliyev | 2019 |
21 | Zəfərə Doğru | 2020 |
22 | Я влюбилась | 2021 |
23 | Tək Həqiqət | 2023 |
24 | Takma Kafana | 2023 |
25 | Переболела | 2023 |
26 | Ağlaya-Ağlaya | 2023 |
Filmoqrafiya
redaktə- "Susmuş vicdan” (rej. E.Cahangirli-2012, rol –Zəhra),
- “Tək olanda qorxma” (rej. V.Mustafayev-2010, rol-Zeynəb),
- “Qisas” (rej. A.Abramov-2014, rol- Kəmalə), “100 kağız” (rej. Ş.Zəkizadə - 2015, rol- opera müğənnisi),
- “Azərbaycansayağı boşanma” (rej.V.Mustafayev-2018, rol- Sara xatun),
- “Oxşarabad” musiqili komediyası (2019, rol- evdə qalmış qız),
- “Şou-biznesin sonu” (2019, rol- dəli yazıçı), “Bizim restoran”(rej.R.Hüseynov,(Gulya xanım).
Rejissoru olduğu tamaşalar
redaktə- “İki yetimin taleyi”
- “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
- “Aydın”
- “Solğun çiçəklər”
- “Haray”
- “Ölülər” və s.
Rejissoru olduğu kliplər
redaktə- "Zülmətlər övladı”
- “Talelər”
- “Leyli və Məcnun”
- “Atəş”
- “İstanbul qızı”
- “Eşqimin köləsi” və s.
Müəllifi olduğu kitablar
redaktə- "Sibir çiçəyi"
İstinadlar
redaktə- ↑ Son Xəbər. ""Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - Video". Şou-biznes (az.). sonxeber.az. 16 iyun 2018. 14 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.