Rudolf Adasi - Wikipedia
Rudolf adası — Şimal Buzlu okeanda yerləşən, Frans-İosif Torpağı arxipelaqının ən ucqar şimal adasıdır. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. Sahəsi 297 km² təşkil edir. Demək olar ki, bütünlüklə buzla örtülü olur.
Rudolf adası | |
---|---|
rus. Остров Рудольфа | |
Ümumi məlumatlar | |
Sahəsi | 297 km² |
Uzunluğu |
|
Eni | 15,1 km |
Hündür nöqtəsi | 461 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
81°47′22″ şm. e. 58°38′59″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fliqeli burnu Avrasiya və Avropanın ən ucqar nöqtəsidir. Əslində isə daha da şimalda yerləşən burun olsa da onun xüsusi ismi yoxdur[1].
Tarixi
redaktəRudolf arxipelaqın digər adaları kimi 1873-cü ildə avstriya-macarıstan espedisiyası zamanı kəşf edilmişdir. Yulius Payer tərəfindən Avstriya şahzadəsi olan Rudolfun şərəfinə adlandırılmışdır (alm. Kronprinz Rudolf).
1900-ci ildə Umberto Kani Rudolf adasından şimal və şimal-qərbdə Peterman Torpağı və Kral Oskar Torpağı adlı adaların olmamamasını aşkarlayır.
1914-ci ildə adada Şimal qütbünə ekspedisiya edərkən ölmüş Qeorqi Yakovleviç Sedov dəfn edilmişdir. Adada meteroloji stansiya 1932-ci ildə İkinci Beynəlxalq Qütb ili cərcivəsində təşkil edilir. İlk qışlama zamanı burada N. F. Balabin dörd nəfərlik iştirak etmişdir. 1936-cı ildə adada şimal qütbünə təşkil edilən ekpedisiyalar üçün baza təşkil edilmişdir. Növbəti ildə ANT-6 təyyarəsində qütbə insanlar çatdırılmışdır.
Coğrafiyası
redaktəAda hər tərəfdən Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. Cənubunda yerləşən Neymayera boğazı onu Oktyabryat adaları və Qoqenloe adasından ayırır. Ən hündür nöqtəsi 461 metr təşkil edir (Middeford buzlağı). Qərb hissəsində yerləşən Teplis buxtasında Rusiyaya məxsus Qütb stansiyası fəailiyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Topoqrafik xəritə". 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-24.
Mənbə
redaktə- «Frans-İosif Torpağının araşdırması başa çatmış» Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine