Ruminiya Milli Azad Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir.
Tarixi
redaktə1993-cü ildə yaradılmışdır.
Fəaliyyəti
redaktəKonfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır.
Tərkibi
redaktəBu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir. Ümumilikdə 800.000 nəfər üzvü var.[1]
Rəhbərləri
redaktəHazırda təşkilata Marius Petku rəhbərlik edir.
Beynəlxalq əməkdaşlıq
redaktəTəşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir və onların tamhüquqlu üzvüdür.
Həmçinin bax
redaktəMənbə
redaktə- Arzu ŞAHBAZİ. Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası - CNSLR Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 31.08.2012. (az.)
- ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
İstinadlar
redaktə- ↑ Romania Trade Unions Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, worker-participation.eu, accesat la 19 septembrie 2009
Xarici keçidlər
redaktə- cnslr-fratia.ro — Rəsmi saytı