Ruminiya Albanlari - Wikipedia
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər.
Demoqrafiya
redaktə2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir[1]. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır[2]. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həm də ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka.
Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır. Üstəlik albanlar arasında müsəlmanlar belə mövcuddur. Rumın alimi olan Corc Qriqorinin məlumatına görə 1999-ci ildə Rumıniya müəlmanlarının ümumi sayı 3000 olmuşdur. Onların bir qismi albandır. Ancaq albanların türk və ya tatarlarla sıx bağlılığı sayəsində anları ayırmaq mümkün deyildir.
Tarixi
redaktəAlbanların Rumıniya ərazisinə ilk köçü Valaxiya knyazı Mixail Xrabronun hakimiyyəti dönəmində baş tutur. 1595-ci ildə bura 15 000 alban köçürülmüşdür. Buxarestdə ilk alban yaşayış məntəqələri 1628-ci ildə meydana gəlmişdir. 1634-cü ildə alban əsilli Vasile Luku Maldovada şahzadə olmuşdur.
1820-ci ildəki sənədlərdə Buxarestdə olan 90 tacirin Arnaut Kioy şəhəri əsilli olması qeyd edilir. Bu isə böyük ehtimalla onların alban olmasını deməyə imkan verir.
1893-ci ildə Rumıniyada ümumilikdə 30 000 alban yaşayırdı. 1920-ci ildə isə Buxarestdə onların sayı 20 000 təşkil edirdi. Yeni köç dalğası Birinci Dünya müharibəsindən sonra artmışdır. Onların böyük qismi Yuqoslaviya müsəlmanları idilər.
Alban icması komminizm dönəmində represiyaya məruz qalmışdır. Bu addımlar 1953-cü ildən gerçəkləşmişdir. 1989-cu ildə Rumıniya inqilabının baş tutması sayəsində azad fikir və aşkarlıq ölkədə yayılmışdır. Bununla belə 1920-2002-ci illər ərzində Rumıniyada albabların sayı gözə çaypacaq səviyyədə azalmışdır. 1996-cı ildə alban icması Deputatlar palatasında mandat əldə etmişlər.
İstinadlar
redaktə- ↑ Recensământ 2002. Rezultate: Populația după etnie. Populația după limba maternă Arxivləşdirilib 2009-07-06 at the Wayback Machine at the 2002 Census official site Arxivləşdirilib 2006-04-24 at the Wayback Machine; retrieved February 22, 2008
- ↑ {"Albanezi - Date demografice" Arxivləşdirilib 2010-08-11 at the Wayback Machine at Divers online Arxivləşdirilib 2018-04-21 at the Wayback Machine; retrieved February 26, 2008