Ruminiya Kralligi - Wikipedia
Rumıniya krallığı (rum. Regatul României) — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya.
Tarixi dövlət | |||||
Rumıniya krallığı | |||||
---|---|---|---|---|---|
|
|||||
« Nihil Sine Deo Tanrısız heç nə |
|||||
|
|||||
|
|||||
Paytaxt |
Buxarest (1881-1916, 1918-1947) Yassı (1916-1918) |
||||
Ən böyük şəhər | Buxarest, Yassı | ||||
Rəsmi dilləri | Rumın dili | ||||
Dövlət dini | Rumın Pravoslav Kilsəsi | ||||
Valyuta | Rumıniya leyi | ||||
Ərazisi |
137,903 km² (1915) 295,049 km² (1940) |
||||
Əhalisi |
7,900,000 (1915) 20,058,378 (1940) |
||||
İdarəetmə forması |
Konstitusiyalı monarxiya (1881-1938, 1940-1947) Mütləq monarxiya (1938-1940) |
||||
Sülalə | Hohensollernlər | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu.
1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu.
Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi.
Krallar
redaktəSıra | Monarx | Səltənət illəri | Haqqında | |
---|---|---|---|---|
1. | I Karol
1839-1914 (75 yaş) |
15 mart 1881
– |
| |
2. | I Ferdinand
1865-1927 (61 yaş) |
10 oktyabr 1914
– |
| |
3. | I Mixail
1921-2017 (96 yaş) |
20 iyul 1927
– |
| |
6 sentyabr 1940
– | ||||
4. | II Karol
1893-1953 (59 yaş) |
8 iyun 1930
– |
|
Mənbə
redaktə- Great Britain. Admiralty. A handbook of Roumania (1920) primary source that focuses on prewar economy and society online free
- Treptow, Kurt W. A history of Romania (1996).
- Raluca Goleșteanu-Jacobs, Habsburg Galicia and the Romanian Kingdom Sociocultural Development, 1866–1914 (2023), Routledge, Poland-Transnational Histories
- Lampe, John R. (1982). Balkan Economic History, 1550–1950: From Imperial Borderlands to Developing Nations. Indiana University Press. ISBN 0-253-30368-0