Rus Xeyriyye Cemiyyeti - Wikipedia
Rus Xeyriyye Cemiyyeti - Wikipedia - Haqqında Məlumat
Rus Xeyriyyə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətlərindən biri.
Tarixi
redaktə1875-ci ildə yaradılmışdır. 1918-ci ildə cəmiyyətin 123 oğlan və 138 qız üçün uşaq evi, 66 kişi və qadın üçün qocalar evi vardı. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq Nazirliyinin köməyi ilə və cəmiyyətin vəsaiti hesabına saxlanırdı.
Fəaliyyəti
redaktəNazirlik ayda hər nəfərə 200 rubl ayırırdı. 1919-cu il oktyabrın 1-dən "Uşaq bağçası" adlı yetimxana da "Uşaqlara yardım bürosu"ndan alınıb bu cəmiyyətə verilmişdi. Uşaq evi nəzdindəki 2 sinifli məktəbdə 6 müəllim işləyirdi. Əl əməyi emalatxanalarında uşaqlara xarratlıq, çəkməçilik və dərzilik öyrədilirdi. Cəmiyyətin idarə heyətinin sədri V.Klementyev idi.[1]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Адрес-календарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 306. ISBN 9952-417-44-4.