Rusiya Quru Qosunlari - Wikipedia
Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır.
Rusiya Quru Qoşunları | |
---|---|
Сухопутные войска Российской Федерации Suhoputnye voyska Rossiyskoy Federatsii | |
Növü | Ordu |
Yaranma tarixi | 1992 - günümüzə |
Ölkə | Rusiya |
Tabedir | Rusiya Silahlı Qüvvələri |
Daxildir | Rusiya Silahlı Qüvvələri |
Sayı | 350,000 nəfər (2017)[1] |
Qərargah | Moskva, Rusiya |
Müharibələr |
Dnestryanı müharibəsi Çeçen-Rus müharibələri Qarabağ müharibəsi Rusiya-Gürcüstan müharibəsi Suriya müharibəsi |
Döyüşlər |
|
Komandanlıq | |
Komandir | General-polkovnik Oleq Salyukov |
structure.mil.ru/structu… | |
Vikianbarda əlaqəli mediafayllar |
Strukturu
redaktəXidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir.[2]
Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir.
Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.
Raket və Artilleriya Qoşunları Rusiya Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir. Hazırda Quru Qoşunlarında altı artilleriya diviziyası fəaliyyət göstərir. Sibir Hərbi Dairəsində yerləşən 12-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 15-ci artilleriya diviziyaları isə fəaliyyətini dayandırmışdır.[3]
Hava Hücumundan Müdafiə Qoşunları (HHM) düşmənin hava hücumu vasitələrinin qarşısının alınması üçün əsas vasitə hesab olunur. Yer-hava raketləri, HHM artilleriyası və radio-texniki birliklərdən təşkil olunmuşdur.[4]
Ordu Aviasiyası Quru Qoşunlarını havadan birbaşa atəş dəstəyi ilə təchiz etmək üçün əsas birlik hesab olunur və 2003-cü ildən bəri Rusiya Hərbi Hava Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərirdilər.[5] Lakin, 2015-ci ildə Ordu Aviasiyası 18 yeni aviasiya briqadası ilə birlikdə yenidən Quru Qoşunlarının tabeçiliyinə verilmişdir.[6] Dövlət Silahlanma Proqramı çərçivəsində Ordu Aviasiyasının əlavə 900 ədəd helikopterlə təchiz olunacağı gözənilir.[7]
Hərbi Dairə | Dislokasiya yeri |
---|---|
Qərb Hərbi Dairəsi (General-polkovnik Andrey Kartapolov) | BQ Sankt-Peterburq |
1-ci Tank Ordusu | Odintsovo |
6-cı Ordu | Aqalotovo |
20-ci Ordu | Voronej |
Cənub Hərbi Dairəsi (General-polkovnik Aleksandr Dvornikov) | BQ Rostov-na-Don |
8-ci Qvardiya Ordusu | Novoçerkassk |
49-cu Ordu | Stavropol |
58-ci Ordu | Vladiqafqaz |
Mərkəz Hərbi Dairəsi (General-polkovnik Vladimir Zarudnitski) | BQ Yekaterinburq |
2-ci Ordu | Samara |
41-ci Ordu | Novosibirsk |
Şərq Hərbi Dairəsi (General-polkovnik Sergey Surovikihn) | BQ Xabarovsk |
5-ci Ordu | Ussuriysk |
29-cu Ordu | Çita |
35-ci Ordu | Beloqorsk (Amur vilayəti) |
36-cı Ordu | Ulan Ude |
Rütbələr və nişanlar
redaktəGeneral və zabitlər
redaktəGizirlər, çavuşlar, sıravilər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-24.
- ↑ Babakin, Alexander. "Approximate Composition and Structure of the Armed Forces After the Reforms". Nezavisimoye Voyennoye Obozreniye Independent Military Review (31). 26 avqust 2004.
- ↑ V. I. Feskov et al. 2004 is the source for the designations, while vad777's website is the source for their disbandment. See also Michael Holm, 12th Artillery Division Arxivləşdirilib 2015-05-19 at the Wayback Machine and http://www.ww2.dk/new/army/arty/15gvad.htm Arxivləşdirilib 2015-05-19 at the Wayback Machine
- ↑ Butowsky, p. 81
- ↑ Butowsky, p. 83
- ↑ Moscow Defense Brief #2, 2010 page 23
- ↑ Moscow Defense Brief #1, 2011 page 15