Ruslan Ve Lyudmila - Wikipedia
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — Aleksandr Puşkinin ilk tamamlanmış poeması.
Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq "Ruslan və Lyudmila" poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan "Üç bacı" nağılı və məşhur "Dobrinya Nikitiç" bılinasına çox yaxın idi. Çoşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi, lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassisizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. "Ruslan və Lyudmila"ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu, lakin əsərin son dərəcə qüvvətli cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir. "Ruslan və Lyudmila" o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxuyandan sonra öz şəklini Puşkinə göndərmiş, şəklin arxasında "məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə" sözlərini yazmışdır.
Həmçinin bax
redaktə- "Ruslan və Lyudmila" — Mixail Qlinkanın eyniadlı poema əsasında hazırladığı opera.
- "Ruslan və Lyudmila" — Aleksandr Ptuşkonun eyniadlı poema əsasında çəkdiyi film.
Xarici keçidlər
redaktə- 1835-ci ilin nəşri (rus.)