Rut Belvil - Wikipedia
Rut Belvil (5 mart 1854[1], Qriniç[d], Kent qraflığı[1] – 7 dekabr 1943[1]) — öz müştərilərinə dəqiq vaxt satan londonlu qadın-sahibkar. Biznesin mahiyyəti ondan ibarət idi ki, xanım Belvil hər səhər Qrinviç rəsədxanasına gedib xronoqrafı ilə vaxtı dəqiqləşdirirdi və sonra onun xidmətlərindən istifadə edən müştərilərə həmin xronoqraf üzrə dəqiq vaxtı bildirirdi.
Rut Belvil | |
---|---|
ing. Ruth Belville | |
Doğum tarixi | 5 mart 1854[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1943[1] (89 yaşında) |
Vəfat səbəbi | karbon monooksid zəhərlənməsi[d][1] |
Fəaliyyəti | biznes ledi, horologist[d], tacir |
Vikianbarda əlaqəli mediafayllar |
Biznes
redaktəVaxt satışı üzrə biznes Rut Belvillə valideynlərindən qalmışdı. Onun atası Con Henrinin 1856-cı ildə artıq 200-ə yaxın müştərisi var idi. Hər səhər o , Qrinviç rəsədxanasına yollanıb öz saatını Qrinviç vaxtı ilə dəqiqləşdirirdi.
Henrinin ölümündən sonra onun dul qalmış arvadı Mariya Elizabet 1892-ci ilədək onun işini davam etdirir. 1892-ci ildə 80 yaşlı Mariya biznesi qızı Ruta ötürür. Hər bazar ertəsi saatını rəsədxananın saatı ilə quran Rut həftə boyunca müştəriləri ziyarət edirdi. Vaxtın bildirilmə dəqiqliyi təxminən 10 saniyə təşkil edirdi.
XX əsrin əvvəlində Belvillin rəqibi peyda oldu. “Standard Time” şirkətinin direktoru Con Vinn teleqraf vasitəsilə dəqiq vaxt satışı ilə məşğul idi. O Rutu köhnəlmiş metodlardan istifadə etməkdə və öz qadın gözəlliyindən sui-istifadədə ittiham etmişdir. Bu ittihamlar The Times qəzetində çap edildikdən sonra jurnalistlər Rutu təqib edir və qalmaqalı şişirdirlər. Lakin Rut deyirdi ki, Vinn bu qalmaqal vasitəsilə ona pulsuz reklam təşkil etmişdir.
1926-cı ildə BBC radiostansiyası dəqiq vaxtı bildirən siqnalları efirə verməyə başlayandan sonra bir çox müştərilər Rutun xidmətlərindən imtina etsələr də, o , XX əsrin 40-cı illərinədək biznesini davam etdirmişdir. Səhər tezdən 12 mil qət etmək artıq ona çətin olduğundan o , 86 yaşında xidmət göstərməyi dayandırdı.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- David Rooney. Ruth Belville: The Greenwich Time Lady. National Maritime Museum.2008
Xarici keçidlər
redaktə- Green // QI. G.15 sezon. 26 March 2010. BBC. BBC One.
- Lienhard, John H. "No. 2070: TIME & RUTH BELVILLE". University of Houston: Engines of Our Ingenuity. 2012-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.04.2012.
- Mendham, Trevor. "The Greenwich Time Lady". Horology Stuff. 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.04.2012.