Rza Sahveled - Wikipedia
Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist.
Rza Şahvələd | |
---|---|
Rza Nəbi oğlu Şahvələd | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı Azərbaycan |
Həyatı və təhsili
redaktəRza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib[1].
Fəaliyyəti
redaktəBakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib.[1]
Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.[1]