Rza Heseneliyev - Wikipedia
Rza Cahangir oğlu Həsənəliyev (26 sentyabr 1961, Ordubad) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (1999–2022), gömrük xidməti general-leytenantı (2005), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Rza Həsənəliyev | |
---|---|
18 fevral 1999 – 2 avqust 2022 | |
Sədr | Kəmaləddin Heydərov Aydın Əliyev Səfər Mehdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
Gömrük xidməti general-leytenantı |
|
|
Təltifləri |
Həyatı
redaktəRza Cahangir oğlu Həsənəliyev 26 sentyabr 1961-ci ildə anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlamışdır. Daha sonra gömrük sistemində çalışmış, 1995–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, komitənin işlər idarəsi rəisinin müavini, sonra isə həmin idarənin rəisi vəzifələrində çalışmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Rza Həsənəliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[2] O, 23 il bu vəzifədə çalışmış, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il tarixli Sərəncamına əsasən vəzifəsindən azad edilmişdir.[3]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rza Həsənəliyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru[4], 28 yanvar 2005-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.[5]
Ailəlidir, 1 övladı var.
Təltifləri
redaktə- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 28 yanvar 2015[6]
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 31 yanvar 2013[7]
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 25 yanvar 2011[8]
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 26 yanvar 2010[9]
İstinadlar
redaktə- ↑ 1 2 "Həsənəliyev Rza Cahangir oğlu". Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. 2021-12-27 tarixində orijinalından arxivləşdirilib.
- ↑ R. C. Həsənəliyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 2. Bakı. 1999. S. 310. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ R. C. Həsənəliyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 8. Bakı. 2022. S. 2357. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ R. C. Həsənəliyevə gömrük xidməti general-mayoru rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 1. Bakı. 2002. S. 97. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. 29 yanvar 2005. S. 1. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 29 yanvar 2015. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ Azərbaycan Respublikası Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 1. 2013. S. 115–116. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 18. 26 yanvar 2011. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 28 yanvar 2010. S. 2. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.