Rza Velibeyov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rza Xəlil oğlu Vəlibəyov (1903, Əkərək, Eçmiədzin qəzası – 1974, İrəvan) — Ermənistan sovet dövlət-partiya xadimi, Ermənistan SSR xalq ədliyyə komissarı, Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini, Ermənistan SSR maarif nazirinin müavini kimi vəzifələrdə işləmiş, "Sovet Ermənistanı" qəzetinin redaktoru (1947–1949) olmuşdur.[1]
Rza Vəlibəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 1974 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi, dövlət rəsmisi, nazir, qəzet redaktoru[d], memuarçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRza Xəlil oğlu Vəlibəyov 1903-cü ildə İrəvan quberniyasının Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur. Bu kəndin sakinləri 1918-ci ildə ermənilərlə vuruşmuş, dağlarda yaşamağa məcbur olmuş, ancaq öz doğma yerlərini tərk etməmişlər.[2]
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra R. Vəlibəyov qısamüddətli siyasi kurslarda təhsil almışdır. 1922-ci ildə Ermənistan LKGİ-dədə, sonra isə Ermənistan KP İrəvan Şəhər Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Çox erkən yaşlarında ona məsul vəzifələr etibar edilmişdir. 1922-ci ilin sonlarında, artıq 19 yaşında о, Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir. 1924-cü ildə о, Zaqafqaziya Kommunist Universitetində təhsil almağa göndərilmiş və 1928-ci ildə həmin Universiteti bitirmişdir.[2]
Zaman ötdükcə R. Vəlibəyova daha mühüm vəzifələr tapşırılmışıdr. О, Ermənistan KP Basarkeçər Rayon Komitəsinin birinci katibi, Ermənistan KP Mərkəzi Komitəsinin orqanı olan "Qızıl şəfəq" qəzetinin redaktoru işləmişdir. 1930-cu illərdə Ermənistan Proletar Yazıçıları Cəmiyyətinin Türk (azərbaycanlı) bölməsinə sədrlik etmişdir. Təhsilini artırmaq üçün yenidən oxumağa göndərilmiş, 1931–1933-cü illərdə Mosvadakı Qırmızı Professorlar İqtisadiyyat İnstitutunda oxumuş və oranı bitirdikdən sonra Vedi Maşın-Traktor Stansiyasında siyasi şöbənin rəisi vəzifəsində, sonra Vedi Rayon Partiya Komitəsinin birinci katibi, 1937-ci ildən isə Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrində çalışmışdır.[3]
1939–1941-ci illərdə Moskvadakı Sənaye Akademiyasının Plan İqtisadiyyat İnstitutunun dinləyicisi olmuşdur. Həmin İnstitutu bitirdikdən sonra keçmiş SSRİ Dövlət Bankının Ermənistan Kontorunun müdir müavini, sonra müdiri işləmişdir. 1944-cü ildən 1947-ci ilədək о, Türkiyədə SSRİ ticarət nümayəndəsinin müavini vəzifəsini yerinə yetirmişdir.[3]
Rza Vəlibəyov Ermənistana qayıtdıqdan sonra mətbuat və xalq maarifi sahəsində işləmiş, "Sovet Ermənistanı" qəzetinin redaktoru olmuşdur. 1949–1962-ci illərdə Ermənistan SSR maarif nazirinin müavini, 1962-ci ildən ömrünün sonunadək Ermənistan SSR Nazirlər Sovetində məsləhətçi vəzifəsində çalışmışdır.[3]
Rza Vəlibəyov 1960–1974-cü illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmiş, siyasi iqtisadiyyat fənnindən dərs demişdir. Tanınmış dövlət və maarif xadimi, jurnalist, pedaqoq R. Vəlibəyov həm də bədii yaradıcılıqla məşğul olmuşdur. О, "Keçmiş günlərdən" kitabının müəllifidir.[3]
Rza Vəlibəyovun dəfələrlə Ermənistan KP MK-nın üzvü seçilmiş və dördüncü çağırış Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur. Ermənistan azərbaycanlıları arasında SSRİ Ali Sovetinə ilk deputat seçilənlərdən biri R. Vəlibəyov idi. O, bir çox orden və medallarla, о cümlədən iki "Qırmızı əmək bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, Ermənistan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur.[3]
Rza Vəlibəyov 1974-cü ildə 71 yaşında vəfat etmişdir. О, İrəvan şəhərində Fəxri panteonda dəfn olunmuş yeganə azərbaycanlıdır.[3]
Kitabları
redaktə- "Keçmişdən səhifələr" (İrəvan, 1969)
İstinadlar
redaktə- ↑ "Rza Vəlibəyov". Qərbi Azərbaycan İcması. 2024. İstifadə tarixi: 2024-08-24.
- ↑ 1 2 Əsgər Zeynalov. İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim. 2016.
- ↑ 1 2 3 4 5 6 Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999.