Suleym Ibn Qeys - Wikipedia
Əbu Sadiq Süleym ibn Qeys əl-Hilali əl-Amiri əl-Kufi — 620-ci ildə Kufədə dünyaya göz açıb, Bəni-Hilal ibn Amiri qəbiləsindəndir.[1] Etiqad və İslam tarixi barədə düşünən ilk yazar.Onun kitabı İslam tarixində yazılmış ilk kitabdır.
Həyatı
redaktəSüleym Hicrətdən 2 il əvvəl dünyaya gəlib.Peyğəmbər vəfat edərkən onun 12 yaşı var idi.O, 15 yaşında bir gənc ikən Ömərin hakimiyyətinin ilk dövrlərində,hicrətin 16-cı ilinin əvvəllərində Mədinəyə gəlib.Mədinəyə gəlməsiylə birlikdə o zamanın abu-havası,mədəni və elmi şərtləri Süleymin diqqətini çəkdi.Camaat savadsızlığı üstün tutub cahiliyyə dövrünə geri qayıdırdı.Digər tərəfdən hakimiyyəti qəsb edən rəhbərlər camaatın dindən uzaqlaşması və dini təlimlərin unudulması üçün Peyğəmbərin sözlərini və hərəkətlərini yazıb toplamağı və başqalarına nəql etməyi qadağan etmişdilər[2].Hədis yazılması xüsusilə Ömər İbn Xəttabın hakimiyyəti dövründə tamamilə dayandırılmışdı.[3] Süleym bin Qeys gənc yaşlarında belə qaranlıq və narahat bir mühitə daxil olmuşdu.Süleym bu mühiti görüb gizlicə İslam təlimlərini,tarixini toplamağa və yazmağa başladı.Həmin dövrün başçılarının gözlərindən uzaq düşmüş Peyğəmbərin səhabələrindən eşitdiklərini yazır və tarixi hadisələrin incəliklərini xəbər alırdı.Hicrətin 23-cü ilində Osman ibn Əffan hakimiyyətə gəldi.Əvvəlki qadağaların eynilə Osman ibn Əffanın dövründə də davam etməsinə və daha da şiddətlənməsinə[4] baxmayaraq gizlicə tarix və hədis yazmağa davam edirdi.
Xidmətləri
redaktəSüleymin qələmə aldığı dövrün tarixi İslamın ən əhəmiyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən fikir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür.Bu cəhətdən də Süleymin kitabı həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır. Həmçinin Süleymin hədislərin seçilməsinə,dəqiqləşdirilməsinə xüsusi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin əhəmiyyətindən də görünür.Aşağıda hədis kitablarında qeyd edilən,lakin heç bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələr bunlardır[5]:
- Qədir-Xum hadisəsi;
- Səqəleyn hədisi;
- Mənzilət hədisi;
- Səfinə(Nuhun gəmisi) hədisi;
- Hittə qapısı hədisi;
- Kövsər hovuzu hədisi;
- Qapıların bağlanması hadisəsi;
- Kisa hədisi və "Təthir ayəsi";
- Mübahələ hadisəsi;
- Peyğəmbərin(s)yazmaq istədiyi vəsiyyət hadisəsi.
Süleymin kitabı
redaktəİslam aləmində Süleymin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur.Birçox tarixi hadisə və həqiqətlər incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.Kitabda həmçinin İslam,iman,onun şərtləri və dərəcələri,Allahın höccətləri,Allahın kitabının təfsiri,xilafət və imamət barədə müsəlmanların əqidələri,vilayət,on iki İmamların(ə)şəxsiyyətləri,elmin bəyanı,digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər,cənnət və cəhənnəm kimi əhəmiyyətli etiqadi mövzular öz əksini tapmışdır. Bununla yanaşı,xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələr,Peyğəmbərin(s) Bədr,Ühüd,Xeybər,Xəndək,Hüneyn,Təbuk kimi savaşlarından,Hüdeybiyyə sülhü və Məkkənin fəthi hadisələrindən,İmam Əlinin(ə) rəhbərliyi altında baş vermiş Siffin, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir.Həmçinin İslam tarixinin xilafət məsələləri,səhabələrin şəxsiyyəti və.s məsələlər oxucuya həmin dövr barədə geniş təəssürat bəxş edir[6].
Süleymin kitabının elmi dəyəri İmamlar(ə) və eləcə də bir çox alimlər tərəfindən təsdiq edilmişdir.Həmçinin Süleym bin Qeys`in İmam Əli(ə),İmam Həsən(ə),İmam Hüseyn(ə),və İmam Əli ibn Hüseyn Səccadın(ə) xas səhabələrindən və yaxın dostlarından biri olması da bu kitabın doğruluğunu təsdiq edən dəlillərdən biridir.
Belə ki İmam Cəfər Sadiq(ə) buyurur:
"Bu kitab şiənin əlifbası və Muhəmməd ailəsinin sirlərindən bir sirdir".
İmam Zeynülabidin(ə) kitabı Əbu Tufeyl və Ömər ibn Əbu Sələmədən 3 gün boyunca səhərdən axşama qədər dinlədikdən sonra onun haqqında belə buyurdu:
"Süleym doğru söyləmişdir.Allah ona rəhmət eləsin.Bunların hamısı bizim hədislərimizdir və bizim yanımızda mərufdur".
Əllamə Məclisi belə yazır:
“Süleym b. Qeysin kitabı son dərəcə məşhurdur. Bəziləri buna etiraz etsədə, doğru olan budur ki, bu kitab mötəbər Üsuli kitablarındandır”[7].
Hicri 4-cü əsr hədisşünas alimi Şeyx Muhəmməd ibn İbrahim ibn Cəfər ən-Numani belə yazır:
“Şiənin elm əhli arasında Süleym b. Qeys əl-Hilalinin kitabı üsulilərin ən qədim və böyük kitablarındandır”[8].
İstinadlar
redaktə- ↑ Ali-Muhəmmədin sirləri, səh.8, "Nurlar" nəşriyyatı, 4-cü nəşr
- ↑ Məalimu’l Müderrisin,cild. 2, səh.44; Zəhəbi,Təzkirətu’l Huffaz, cild.1, səh.3
- ↑ Sünən-i İbn-i Macə,c.1, səh.12; əl-Müstədrək ə’la’s-Səhiheyn, c.1, səh.102
- ↑ İbn Sə‘d, ət-Təbaqatu’l Kübra, cild. 2,səh.366; Tədvin əs-Sünnətu’ş-Şərif, səh. 423-436
- ↑ Ali-Muhəmmədin sirləri, səh.3, "Nurlar" nəşriyyatı, 4-cü nəşr
- ↑ Ali-Muhəmmədin sirləri, səh.3-4, "Nurlar" nəşriyyatı, 4-cü nəşr
- ↑ Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Biharul-Ənvar əl-Camiətu lidurar əxbarul-Əimmətul-Əthar aleyhumus-Səlam” kitabı, 1-ci cild, 32-ci səhifə, Nəşr: “Muəssətul-Vəfa” 1403/1983 Beyrut, Lübnan, 2-ci çap
- ↑ Əbu Əbdullah ən-Numani Məhəmməd b. İbrahim b. Cəfər, “Əl-Ğeybət” kitabı, 1-ci cild, 103-cü səhifə, Təhqiq: Fariz Həssun Kərim, Nəşr: “Darul-Cəvadin”, 1432/2011, 1-ci çap