Suleyman Serifov - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Şərifov Süleyman Qasımoviç (20 iyul 1911, Tiflis – 14 dekabr 1992, Bakı) — Azərbaycan SSR yeyinti sənayesi naziri.
Süleyman Şərifov | |
---|---|
195? – 6 iyun 1957 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
4 dekabr 1946 – 194? | |
Əvvəlki | Petros Adamyan |
Sonrakı | Hayk Karkaryan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1992 (81 yaşında) |
Vəfat yeri | |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
Həyatı
redaktəSüleyman Şərifov 20 iyul 1911-ci ildə Tiflis şəhərində doğulmuşdur. 1942-ci ilə qədər Azərbaycanın bir sıra sənaye müəsissələrində məsul vəzifələrdə çalışmışdır. 1942-ci ildə Azərbaycan KP MK-nın tövsiyəsi ilə Qafqaz Siyasi İdarəsinin sərəncamına göndərilmiş və 396-cı Krım atıcı diviziyasının 803-cü atıcı alayının 3-cü atıcı batalyonunun komandiri vəzifəsinə təyin edilmişdir. Kerç şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmış və ordudan tərxis edilmişdir.
1946-cı ildən Azərbaycan SSR yeyinti sənayesi naziri, ət və süd məhsulları sənayesi naziri və digər məsul vəzifələrdə işləmişdir.
Müxtəlif çağırışlarda Bakı Şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK plenumunun üzvü seçilmişdir.
İki dəfə 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və bir sıra döyüş medalları ilə təltif edilmişdir.[1]
14 dekabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, Bakı şəhərindəki qəbiristanlıqda dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ Şərifov Süleyman Qasımoviç // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). XIV cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2014. səh. 150.