Suleyman Pasa Boyuk Memluk Sulalesi - Wikipedia
Süleyman Paşa Böyük və ya Böyük Süleyman (ərəbcə. سليمان الكبير, Osmanlıca. سليمان پاشا الكبير, gürcücə. სულეიმან ბუიუქი) - Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1780-1802).
Süleyman Paşa Böyük | |
---|---|
سليمان پاشاالكبير | |
1780 – 1802 | |
Əvvəlki | Həsən Paşa Kərküklü |
Sonrakı | Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVIII əsr |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Atası | Ömər Paşa (Məmlük sülaləsi) |
Uşaqları | |
Dini | islam |
Həyatı
redaktəSüleyman Paşa tayfa olaraq bir Məmlüküydü və Bağdadın hökmdarı olmamışdan öncə Mosul valisiydi. 1776-cı ildə Türk Sultanı I Əbdülhəmid'in əmriylə Diyarbəkir valisi Abdullah Paşa və Əl-Rəqqə valisi Mustafa Paşa ilə birlikdə Bağdad hökmdarı Ömər Paşanı devirdi. Fitnə səbəbindən o, Şiraza sürgünə göndərildi və 1779-cu ildə geri qaytarıldı[1]. II Həsən Paşa Bağdad sakinləri tərəfindən devrildikdən sonra Süleyman Paşa 1780-ci ildə Bağdadın hakimi oldu. Süleymanın hakimiyyəti Məmlüklər hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Ö cinahını gücləndirmək üçün çox sayda Məmlükü işə aldı. Demək olar İraqdakı, bütün əsas postlar Məmlüklərin əlindəydi və onlar da ölkənin ən böyük torpağına sahib oldular[1].
Süleyman Paşa 1782-ci ildə Baban sülaləsi və Bədəvilər tayfalarının üsyanlarını sıxışdırdı və dövlət işlərini nizama saldı. Onun dövründə müdafiə binaları tikildi, yeni bazarlar bərpa edildi, məscidlər və saraylar bərpa edildi. İraqdaki Süleymaniyyə şəhəri Süleyman Paşanın dövründə qurulmuş və onun şərəfinə adlandırılmışdır. Bəsrədəki Şərqi Hindistan şirkəti, Osmanlı İmperiyasının muxtar hissəsini təşkil edən Bağdad Paşalığına getdikcə təsirini artmışdır[2].
1786-cı ildə quraqlıq səbəbi ilə qıtlıq başladı, lakin buna görə başlayan üsyan Süleyman Paşa tərəfindən tez bir zamanda yatırıldı[3].
Süleyman Paşanın nisbətən sakit bir hökmranlığının sonunda İraq Nəcd şəhərindən olan vəhhabilər tərəfindən işğal edildi. Vəhhabilər İraqı fəth etmək istədilər, ancaq 1801-ci ildə müqəddəs şiə Kərbəla şəhərini ələ keçirmək və talan etməklə məhdudlaşdılar. 1802-ci ildə Böyük Süleyman vəfat etdikdən sonra İraqda feodal narazılığı çoxaldı və hakimiyyət uğrunda şiddətli mübarizə başladı[4].
İstinadlar
redaktə- ↑ 1 2 "Iraq". (2007). In Encyclopædia Britannica. Retrieved October 15, 2007, from Encyclopædia Britannica Online
- ↑ "Глава 3. Османская империя. Турция. Великобритания. XVI-XX века - Шумов С.А, Андреев А.Р. Ирак: история, народ, культура". www.countries.ru. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
- ↑ علي الوردي ص
- ↑ "Возвышение мамлюков". mybiblioteka.su. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
Xarici keçidlər
redaktəSüleyman Paşa Böyük (Məmlük sülaləsi) Doğum: bilinmir Vəfat: 1802
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Həsən Paşa Kərküklü |
Osmanlı İmperiyasında Paşalıq 1780-1802 |
Xələfləri Əli Paşa |