Suleyman Sani Axundovun Evi - Wikipedia
Süleyman Sani Axundovun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış evi. Culfalar məhəlləsində yerləşir. XVIII əsrin memarlıq abidəsidir. Sani təxəllüslü — Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932) Süleyman Sani Rzaqulu bəy oğlu Axundovun yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.[1]
Süleyman Sani Axundovun evi | |
---|---|
| |
39°45′27″ şm. e. 46°45′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa şəhəri, Əbdülkərim bəy Mehmandarov küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | yararsız vəziyyətdə |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSüleyman Sani Axundovun evi Şuşa şəhərində Culfalar məhəlləsində, hal-hazırda Əbdülkərim bəy Mehmandarov küçəsində yerləşir. Bina XVIII əsrdə inşa edilib. Süleyman Sani Rzaqulu bəy oğlu Axundov Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanıdır (1932). Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüş yazıçı 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub.[2] Ev şəhərin Culfalar məhəlləsində yerləşir. Yazıçının evi bir mərtəbəli olub, üç otaqdan ibarət idi.
Süleyman Sani Axundovun evi 8 may 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.[1]
Süleyman Sani Axundovun evi Şuşada bərpa olunan abidələrin siyahısına daxildir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 "Qorxulu nağılların yarandığı, qorxulu nağılların yaşandığı evin sahibi - Süleyman Sani Axundov". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ "Atasını erkən itirdi, dayısının himayəsində yaşadı, qadın əsarətinə qarşı çıxdı – İntiharına kim səbəb olmuşdu?". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ Şuşada bərpa olunan abidələrin - SİYAHISI