Suneni Tirmizi - Wikipedia
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir.
Sünəni-Tirmizi | |
---|---|
ərəb. سنن الترمذي | |
Müəllif | Məhəmməd Tirmizi |
Orijinalın dili | ərəb dili |
Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır.
Haqqında
redaktəMüəllif
redaktəƏbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Əsər
redaktəKitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 3951 hədis yığmışdır[1]. Kitabın ən qədim və ən güvənilən nüsxəsi Əhməd Məhəmməd Şakir nüsxəsidir və nüsxə ərəbcədir.
Kitabları (Bölmələri)
Şərhlər
redaktə- İbn əl-Ərabi əl-Məkki Əbu Bəkr Məhəmməd ibn Abdullah əl-İşbili, "Aridaul əhvazi fi şərhit Tirmizi".
- Əl-Hafiz Cələluddin əs-Süyuti, "Quvvatul muğtəzi aləl-Cəmi ət-Tirmizi".
- İbn Seyyidin-nəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidinnəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Abdurrahim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. Hicrətin 806-cı ilində vəfat etmişdir.
- Siracuddin əl-Bəlqini əş-Şəfii, "Əl-Urfuş-şəzi alə Cami ət-Tirmizi" (əsər tamamlanmayıb).
- Məhəmməd Əbdürrəhman ibn Əbdürrəhim əl-Mubərakfuri, "Töhfətul əhvazi şərhu Cami ət-Tirmizi".
Nəşrləri
redaktəKitab Türk dilinə tərcümə olunub və nəşr olunub:
- "Sünen-i Tirmizi", çeviren: Abdullah Parlıyan, "Konya" Ktapçılık, Konya, 2004.(oxu Arxivləşdirilib 2012-06-21 at the Wayback Machine)
İstinadlar
redaktə- ↑ "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.
Xarici keçidlər
redaktə- "Sünəni Tirmizi" oxu Arxivləşdirilib 2012-06-21 at the Wayback Machine
- İmam Tirmizi
Həmçinin bax
redaktə İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |