Suni Kelle Deformasiyasi - Wikipedia
Süni kəllə deformasiyası insan kəlləsinin məqsədli şəkildə deformasiyaya uğradıldığı bədən modifikasiyasıdır. Bu uşaq kəlləsinə qüvvə ilə təsir edərək onun normal böyüməsinin qarşısını almaqla edilir. Yastı, uzadılmış (iki odun arasında bağlanaraq), yuvarlaqlaşdırılmış (parçada bağlanaraq) və konus formasında olur. Əsasən, bu əməliyyat uşaq üzərində aparılır. Çünki bu vaxt kəllə elastik olur. Başın bağlanması təqribən doğumdan bir ay sonra başlayır və təqribən 6 ay davam edir.
Tarixi
redaktəMəqsədli şəkildə edilən kəllə deformasiyası coğrafi mövqeylərinə və mövcud olduqları dövrlərə görə fərqlənən bir çox mədəniyyətlərdə təcrübədən keçirilib və bu təcrübə hələ də Vanuatu kimi bəzi yerlərdə müşahidə edilir.
Məqsədli şəkildə edilən insan kəlləsi deformasiyasının yazılı tarixdən əvvəl mövcud olduğu fikirləşilir. İlk nümunələrə İraqdakı Şanidar mağarasından olan ön Neolit Homo sapiens (eramızdan əvvəl IX minillik) tərkib hissəsi daxildir[1][2][3] və həmçinin Cənub-qərbi Asiyadakı neolit insanları arasında da müşahidə edilib.[4]. İlk əvvəl Şanidar mağarasının neandertal tərkib hissəsində tapılmış neandertal kəllələrinin on min illərcə edilən təcrübələrin ən qədimi olduğu və süni şəkildə formasının dəyişdirildiyi fikirləşilirdi, ancaq daha sonra bunun doğru olmadığı sübut edildi. Şanidar 5-in kəllə qalıqları 1999-cu ildə antropoloji komanda tərəfindən yenidən quraşdırıldı. Burada kəşf edildi ki, kəllənin ilk quraşdırılması səhvdir. Nəticə kimi komanda qeyd etdi ki, "biz bundan belə hesab edə bilmərik ki, süni kəllə deformasiyası bu nümunəyə aid edilə bilər".[5]
Kəllə deformasiyasının ilk dəfə yazılı şəkildə qeydə alınması eramızdan əvvəl 400-cü ilə təsadüf edir və Hippokrat tərəfindən Makrofali və ya Uzun başlıların təsvir edilməsidir. Onlar adlarını kəllə deformasiyası təcrübələrindən alırlar.[6]
Köhnə dünyada hunlar oxşar kəllə deformasiyası təcrübəsinə malik olmaqları ilə bilinirdilər[7] və Qədim yunan və Roma dünyasının son dövründə (b. e. 300-600) alanlar[8] , hunlar tərəfindən idarə edilən şərqi alman qəbilələri, gepidlər, ostrogotlar, Heruli, Ruqi və burqonlular bu adəti mənimsəmişdilər. Qərbi alman qəbilələrində süni kəllə deformasiyaları nadir hallarda rast gəlinir.[9]
Amerikada maya, ink və Şimali Amerika yerlilərinin müəyyən qəbilələrində bu adət müşahidə edilir. Şimali Amerikaya, xüsusilə şimal-qərbin çinuk qəbilələri və cənub-şərqin çoktaularına bu təcrübə məlum idi. Düzbaş hindilər kimi bilinən Şimali Amerika qrupunda başın hamarlaşdırılması görünməyib, ancaq başlarını yuvarlaqlaşdırmaq üçün kəllə modifikisiyasını istifadə edən ayrı saliş xalqlarından fərqli olaraq düzbaş hindilər adı onlara verilib. Çoktau[10] , çehalis və nuksak hindilərinin də daxil olduğu başqa qəbilələr uşağın başının bağlanması yolu ilə başın düzləşdirilməsini təcrübədən keçiriblər.
Baham adalarının Lukayan xalqı bu adəti tətbiq edib.[11] Süni kəllə deformasiyası Avstraliya aborigenləri arasında da bilinirdi.
1896-cı ildə bəşəriyyətin tarixi kitabında Fridrix Ratsel qeyd edir ki, kəllənin deformasiyası (həm düzləşdirərək, həm də təpəyə doğru gərərək) Taiti, Samoa, Havay və Paumotu qrupu kimi təcrid olunmuş yerlərdə tapılıb və bu ən çox kəllənin qəribə şəkildə sıxıldığı Yeni Hebraydlardakı Mallikolloda (hal-hazırda Malakula, Vanuatu) tapılıb.[12]
Tuluza ərazisində belə kəllə deformasiyaları aralıqlarla XX əsrin əvvəllərinə qədər mövcud olub.[13][14] Ancaq bunun bəzi erkən Avropa mədəniyyətləri kimi qəsdən edilməsi yerinə Tuluzadakı deformasiya fransız kəndliləri arasında bandeau olaraq bilinən qədim tibbi təcrübənin arzuedilməyən nəticəsi idi. Bandeau təcrübəsində körpənin başı doğumdan sonra baş verə biləcək hər hansı bir təsirdən və ya hadisədən qorumaq üçün sıx bükülür və örtülür. Əslində deformasiyanın erkən müasir dövr müşahidələrinin çoxu bunu kəndli uşaqları yazıq vəziyyətə gətirəcək bir şəkildə qeydə alınıb və bu kəndli uşaqları qədim Avropa ənənələri davam etdiyi üçün ağıldan kəm hesab edilirdilər.[15]
Metodlar və növlər
redaktəDeformasiya adətən doğumdan sonra başlayır və növbəti iki il istənilən forma əldə edilənə qədər və ya uşaq aparatdan imtina edənə qədər proses davam edir.[16][17][18]
Kəllə deformasiyasının xüsusi qurulmuş bir sistemi yoxdur. Bir çox alimlər öz sistemlərini inkişaf etdiriblər, ancaq onlar bütün formaların olduğu sadə sistem də razılaşa bilməyiblər.[19]
Avropa və Asiyada Jirov tərəfindən süni kəllə deformasiyasının üç əsas növü müəyyən edilib[20]:
- dairəvi
- fronto-oksipital (ön ənsə sümüyü)
- saqital
Səbəbləri
redaktəKəllə deformasiyası hansı qrupa mənsub olmağı bildirmək [21] və ya sosial statusu göstərmək üçün yerinə yetirilə bilərdi. Bu Maya cəmiyyətində önəmli rol oynaya bilərdi.[22] Süni kəllə deformasiyasının məqsədi estetik cəhətdən daha cəlbedici olan və ya rəmzlərlə əlaqələndirilən kəllə forması yaratmaq ola bilər.
Sağlamlığa təsirləri
redaktəPeru nümunələrində süni şəkildə deformasiyaya uğramış kəllələr və normal kəllələr arasında beyinin xüsusi bir statistik fərqi yoxdur.[23]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Persテゥe". persee.fr. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
- ↑ Trinkaus, Erik. "Artificial Cranial Deformation in the in Shanidar 1 and 5 Neandertals". Current Anthropology. 23 (2). April 1982: 198–199. doi:10.1086/202808. JSTOR 2742361.
- ↑ A. Agelarakis, "The Shanidar Cave Proto-Neolithic Human Population: Aspects of Demography and Paleopathology", Human Evolution, volume 8, no. 4 (1993), pp. 235-253.
- ↑ Christopher Meiklejohn, Anagnostis Agelarakis, Ralph Solecki, Philip Smith, Canada), Peter Akkerman , "On the Origins of Cranial Artificial Deformation in SW Asia", Paleorient, Volume 18 (1992), pp. 83-97; K.O. Lorentz, Ubaid headshaping, in R.A. Carter and G. Philip, Beyond the Ubaid (2010), pp. 125-148.
- ↑ "Persテゥe". persee.fr. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
- ↑ Hippocrates upon Air, Water, and Situation: upon Epidemical Diseases, trans. Francis Clifton (1734), pp. 22-23.
- ↑ Facial reconstruction of a Hunnish woman Arxivləşdirilib 2020-11-11 at the Wayback Machine, Das Historische Museum der Pfalz, Speyer
- ↑ Bachrach, Bernard S., A history of the Alans in the West: from their first appearance in the sources of classical antiquity through the early Middle Ages, U of Minnesota Press (1973), pp. 67-69
- ↑ Doris Pany and Karin Wiltschke-Schrotta, Artificial cranial deformation in a migration period burial of Schwarzenbach, Lower Austria, VIAVIAS, no. 2 (Vienna Institute for Archaeological Science 2008), pp. 18-23.
- ↑ "Choctaw Indian History". Accessgenealogy.com. 2013-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-06.
- ↑ "Lucayan–Taíno burials from Preacher's cave, Eleuthera, Bahamas - Schaffer - 2010 - International Journal of Osteoarchaeology - Wiley Online Library". Onlinelibrary.wiley.com. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-06.
- ↑ Ratzel, Friedrich. "The History of Mankind". MacMillan, London. 1896. 6 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 October 2009.
- ↑ Delaire MMJ, Billet J (1964) Considérations sur les déformations crâniennes intentionnelles. Rev Stomatol 69: 535–541
- ↑ Janot, F, Strazielle, C, Awazu Pereira Da Silva, M, Cussenot, O (1993). Adaptation of facial architecture in the Toulouse deformity. Surgical and Radiologic Anatomy, 0930-1038, http://dx.doi.org/10.1007/BF01629867
- ↑ "Chapter II : Later Artificial Cranial Deformation in Europe" (PDF). Bioanth.org. 2014-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.
- ↑ Dingwall, 1931
- ↑ Trinkaus, 1982
- ↑ Anton and Weinstein, 1999
- ↑ Hoshower et al., 1995
- ↑ E.V. Zhirov (1941, p. 82)
- ↑ Gerszten and Gerszten, 1995; Hoshower et al., 1995; Tubbs, Salter, and Oaks, 2006.
- ↑ Gerszten and Gerszten, 1995
- ↑ Martin Frieß, Michel Baylac. "Exploring artificial cranial deformation using elliptic Fourier analysis of procrustes aligned outlines". American Journal of Physical Anthropology. 2003. səh. 18. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-05.
Mənbələr
redaktə- Ellen FitzSimmons, Jack H. Prost, Sharon Peniston, "Infant Head Molding, A Cultural Practice", Arch Fam Med, Vol 7, Jan/Feb 1998
- Adebonojo, F. O., "Infant head shaping". JAMA, 1991;265:1179.
- Henshen F. The Human Skull: A Cultural History . New York, NY: Frederick A Praeger, 1966
Xarici keçidlər
redaktə- Why early humans reshaped their children's skulls
- Mathematical Analysis of Artificial Cranial Deformation
- Reconstruction of an Ostrogoth woman from a skull (intentionally deformed), discovered in Globasnitz (Carinthia, Austria) : [1] Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine, [2], [3] Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine, [4] Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine, [5] Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine.