Surunen Qaytarma - Wikipedia
Sürünən qaytarma (lat. Potentilla reptans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Sürünən qaytarma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Sürünən qaytarma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəGövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir. Çiçəkləməsi iyun ayında baş verir. İyun-avqust aylarında meyvə verir.
Yaşayış mühiti
redaktəDağ meşələrinin açıq yerlərində, alaqlı çəmənlərdə, yol kənarında rast gəlinir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Dasiphora reptans (L.) Raf.
- Dynamidium reptans (L.) Fourr.
- Fragaria reptans (L.) Crantz
- Tormentilla linnaeana Kechaykin & Shmakov
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 499.