Six Dovsanalmasi - Wikipedia
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Sıx dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Sıx dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəTəbii şəraitdə Çinin qərb rayonlarında bitir.
Botaniki təsviri
redaktə1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir. Torpağa toxunan budaqları kök atma qabiliyyətinə malikdir. Toxumlarla və qələmlərlə çoxalır.
Ekologiyası
redaktəŞaxtaya və quraqlığa davamlı, işıqsevən bitkidir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəTək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir. Mədəni şəraitdə 1896-cı ildən becərilir.