Sediyar Rehimov - Wikipedia
Rəhimov Sədiyar Soltan oğlu —
Sədiyar Rəhimov | |
---|---|
Sədiyar Soltan oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Qalacıq, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Soltan Rəhimov |
Anası | Məsmə Rəhimova |
Elm sahələri | yarımkeçiricilər fizikası, bərk cisimlər fizikası |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Fizika İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Elmi rəhbərləri | f.r.e.d., prof. Sabir Əliyev, f.r.e.d., prof. İman Əsgərzadə |
Həyatı
redaktəSədiyar Rəhimov 25 mart 1958-ci ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. 1971-ci ildə Qalacıq kənd orta məktəbinin 8-ci sinifini qurtarıb, Bakı şəhərində 1saylı fizika-riyaziyyat təmayüllü orta məktəbinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1975-ci ildən AMEA-nın Fizika İnstitutunda işləyir. 1982-ci ildə BDU-nin Fizika fakultəsini bitirmiş, 1985-ci ildə Fizika İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1988-ci ildə oranı bitirmişdir. 1990-cı ildə “Ag-Sb-Te sistemində kinetik hadisələr” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə isə “Yuxarıtemperaturlu ifratkeçirici Y-Ba-Cu-O, Bi-Sr-Ca-Cu-O sistemlərində elektrik yüklərinin və istiliyin daşınması hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-cü ildən isə aparıcı elmi işçi, 2016-cı ildən laboratoriya rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışır.
Əsas elmi nəticələri
redaktəAg-Sb-Te sistemində kinetik hadisələr tədqiq edilmiş və alınan nəticələr ilk dəfə olaraq ikifazalı mühüt nəzəriyyəsi əsasında izah edilmişdir. 5000C temperaturunda kəskin soyudulmuş AgSbTe2 və Ag19Sb29Te52 tərkiblərinin yüksək həssas termoelektrik materialı kimı istifadə edilməsi tövsiyə edilmişdir. İlk dəfə olaraq Bi2Sr2CaCu2O8+x yuxarı temperaturlu ifratkeçiricidə istilikkeçirmənin maqnit sahəsində artması müşahidə edilmişdir. Maqnit sahəsinin yuxarı kritik sahələrini təyin edən, termoe.h.q. maqnit sahəsindən asılılığina əsaslanan ektrapolyasiya üsulu təklif edilmişdir.
Əsas elmi əsərləri
redaktə- С.А.Алиев, С.С.Рагимов, Термоэлектрические свойства образцов системы Ag-Sb-Te, Известия РАН “Неорганические Материалы”т.28,№2, стр.329-334
- С.С.Рагимов, Алиев С.А. «Характер α→β –перехода Ag2Te в сплаве системы Ag-Sb-Te, отвечающем составу AgSbTe2» Неорганические материалы, 2007, т.43, №11, с.1321-1323
- С.С.Рагимов С.А.Алиев, Алиев В.М. «Влияние магнитного поля на теплопроводность Bi2Sr2CaCu2OX в области сверхпроводящего фазового перехода» Физика Низких Температур, 2009, т.35, №11, стр.1085-1088
- С.С.Рагимов, И.Н.Аскерзаде «Термоэдс в висмутовых высокотемпературных сверхпроводниках Bi2Sr2Ca2Cu4O11» Журнал технической физики, 2010, том 80, вып. 10, с.150-151
- В.М. Алиев, С.С. Рагимов, Р.И. Селим-заде “Псевдощель в CdBa2Cu3O7–δ ВТСП материале”, Физика Низких Температур, 2013, т. 39, № 6, c. 635–641
- S.S.Ragimov A.A.Saddinova V.M.Aliev R.I.Selim-zade “The influence of fluctuations on the superconducting properties of Bi2Sr2Ca0.6Zn0.4Cu2OX and Bi2Sr2CaCu2OX” Materials Science Forum Vol. 845, (2016), p.17-20