Seferov Qardaslarinin Karvansarasi - Wikipedia
Səfərov qardaşlarının karvansarası — XIX əsrdə Şuşada inşa edilmiş karvansara.[2] Xoca Mərcanlı məhəlləsində yerləşir. XIX əsrin Respublika əhəmiyyətli memarlıq abidəsidir. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra karvansaranın binası dağıdılmışdır. Hazırda xarabalıqları qalır.[3]
Səfərov qardaşlarının karvansarası | |
---|---|
Ölkə | Azərbaycan |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Şuşa |
Yerləşir | Mir Möhsün Nəvvab, Şuşa, AZ5800[1] |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Şərq |
İstinad nöm. | 361 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Haqqında
redaktəSəfərov qardaşları karvansarası kimi taninan bu məşhur karvansara əslində Şuşanın adlı sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanlari — Əhəd, Səməd, Mürsəl və Manafin şərəfinə 19 əsrin sonlarinda inşa etdirmişdir. Səfərov qardaşlarının adini adını daşıyan bu karvansara zamaninda Şuşa şəhərinin ən böyük karvansarası olub. Bu karvansarayın inşasında Şuşanın məşhur memarı Kərbalayi Səfixan Sultanhüseyin oğlu Qarabağinin böyük rolu olub. Karvansarayın sağ və sol qanadları iki qatdan, mərkəzi hissəsi isə üç qatdan ibarət olub,1-ci qat dükanlardan, emalatxanalardan, 2-ci və 3-cü qatlar isə zərgər emalatxanası, yeməkxana və mehmanxana kimi istifadə olunub. Karvansarayin öz həyəti, namaz otaqları, gələn qonaqlarin atlarinin xüsusi saxlamaq yeri və s. ibarət olub.[4]
Səfərov qardaşları
redaktəMurtuzanin böyük oğlu Əhəd 1895-ci ildə Şuşa şəhərində anadan olmuş,Şuşa real məktəbində oxumuş və sonralar Kiyev universitetini bitirmiş, bolşeviklər Azərbaycani işğal etdiyi zaman İrana mühacirət etmiş və 1968-ci ildə İranda vəfat etmişdi. Hacı Murtuzanın ikinci oğlu Səməd 1897-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa real məktəbində ilk təhsilini almiş, Kiyev universitetini bitirmədən vəfat etmişdi. Haci Murtuzanin üçüncü oğlu Mürsəl 1899-cu ildə Şuşa şəhərində anadan olmuş, Şuşa real məktəbində oxumuş və sonraki illərdə Baki şəhərinə köçmüş, Pedaqoji institutunu bitirmiş, Bakının 173 və 199 sayli məktəblərində ədəbiyyat fənnindən müəllim işləmiş və 1961-ci ildə Bakı şəhərində vəfat etmişdi. Haci Murtuzanin dördüncü oğlu Manaf 1900-cü ildə Şuşa səhərində anadan olmuş, Şuşa real məktəbi bitirmiş və Kiyev Universitetinə qəbul olunmuş, lakin bolşevik işğali nəticəsində təhsilini yarımcıq qoymuşdu. Manaf da İrana mühacirət etmək zamanı müəmmalı şəkildə vəfat etmişdir.[5]
İstinadlar
redaktə- ↑ "Səfərov qardaşlarının karvansarayının ünvanı". kataloq.gomap.az. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- ↑ "Çingiz Qacar, Köhnə Şuşa, Bakı, Şərq-Qərb nəşriyyatı, 2019, 344 səh". 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- ↑ "Səfərov qardaşlarının karvansarası". kataloq.gomap.az. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.
- ↑ Çingizoğlu, 2012. səh. 148
- ↑ Çingizoğlu, 2012. səh. 149
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi. Bakı: Zərdabi LTD. 2012.
Xarici keçidlər
redaktə- "Səfərov Qardaşlarının karvansarası" (PDF). 1905.az. İstifadə tarixi: 4 may 2022.
- ""Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı"nın təsdiq edilməsi barədə Qərar" (PDF). nk.gov.az. İstifadə tarixi: 4 may 2022.
- "Şuşa şəhəri". anl.az. İstifadə tarixi: 4 may 2022.