Sefirlik - Wikipedia
Səfirlik — hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur.
Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir.
Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir.
İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.