Sefiyar Behbudov - Wikipedia
Səfiyar Abuzər oğlu Behbudov (14 iyun 1967, Mollalı, Bərdə rayonu – 21 mart 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı (1992), Birinci Qarabağ müharibəsi şəhidi.
Səfiyar Behbudov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyun 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1992 (24 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Mollalı, Bərdə rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Abuzər |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Kiçik leytenant |
Vəzifəsi | taqım komandiri |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamış və Bərdənin bütün kəndlərində öz nümayəndəliklərini yaratmışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər, Ağdərə, Şuşa, Murov, Ağdam bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.[1]
Hərbi fəaliyyəti
redaktəHərbi xidməti Macarıstanda uğurla başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra, Xankəndində zabitlik kursunu, kiçik Leytenant rütbəsi ilə bitirir. Səfiyar Behbudov 1988-ci Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. 1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə birlikdə 3 PDM olmaqla, hücuma keçirlərdöyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir, daha da irəliləyərək, düşmənin çoxlu texnikasını və döyüş texnikasını məhv edir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı və huşsuz vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq, tarıma çəkirlər. Hətta onu işgəncə edərkən, səsötürücü vasitəsilə onun səsini bizim əsgərlərimizə eşitdirirlərmiş. Sonra ona erməni bayrağını öpdürmək istərkən, düşmən bayrağına tüpürdüyünə görə üzərinə neft töküb yandırırlar.[2][3][4]
Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq olur.
Subay idi.
Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Şəhidlik zirvəsindən sonra
redaktə- Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna torpaqlarımızın ərazi bütövlüyü uğrunda göstərdiyi şücayət və qəhrəmanlıqlarına görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
- Azərbaycan Respublikası Müdafiə Sənayesinin istehsalı olan,120 mm minaatanına, Səfiyar minaatanı adı verilmişdir.
- Onun adına "Simurq Ömrü"adlı kitab nəşr olunmuş və eyni əsaslı sədli film, "Qəhrəmanlıq Zirvəsi,"Şəhadəti Seçən Qəhrəman"və s…bir çox sənədli filmlər çəkilmişdir.
- 1999-cu ildə qəhrəmanımızın adına olan "Qızıl Medalı"ı Ulu Öndər Heydər Əliyev tərəfindən, qəhrəmanın anası Behbudova Gülayə Bəndalı qızına təqdim edilmişdir.
- Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən küçəyə Səfiyar Behbudov küçəsi, 95 adı verilmişdir.[5][6][7]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 53.
İstinadlar
redaktə- ↑ "Azərbaycanın Milli Qəhrəmanı". avciya.az. İstifadə tarixi: 25 may 2024.
- ↑ Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 53
- ↑ "BEHBUDOV SƏFİYAR ABUZƏR OĞLU" (PDF). anl.az. İstifadə tarixi: 25 may 2024.
- ↑ "Səfiyar Behbudov". respublika-news.az. İstifadə tarixi: 25 may 2024.
- ↑ "Sabunçu rayonu ərazisində yerləşən məktəblərin disloksiyası". baku.edu.gov.az. İstifadə tarixi: 25 iyn 2024.
- ↑ "Səfiyar Behbudov küçəsi". 2gis.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyn 2024.
- ↑ "Səfiyar Behbudov küçəsi, Ramana qəsəbəsi, Bakı. Koordinatlar: 40.481557, 49.988928". yandex.a. İstifadə tarixi: 25 iyn 2024.