Selaheddin Xelilov - Wikipedia
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]
Səlahəddin Xəlilov | |
---|---|
Doğum tarixi | 22 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəSəlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir.
Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur.
Ailəsi
redaktəEvlidir, oğlu və 2 qızı var.
Elmi-pedaqoji fəaliyyəti
redaktə1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır.
1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir.
1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuşdur.
1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş və 2005-ci ilə qədər onun baş redaktoru olmuşdur.
2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilmişdir.
2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elmlər” jurnalı nın baş redaktorudur.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür [2].
2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir.
İctimai və maarifçilik fəaliyyəti
redaktə- 1972-ci ildə BDU-nun nəzdində respublika Gənc Fiziklər məktəbi yaratmış və 2 il ona rəhbərlik etmişdir.
- 1981-ci ildə ADPU-da “Fəlsəfə, elm və həyat” klubunu yaratmışdır.
- 1988-ci ildə Azərbaycan Gənc Cəmiyyətşünas Alimlər Birliyinin sədri seçilmişdir.
- 1997-ci ildən Bəhmənyar adına mükafat Komissiyasının sədri.
- 1997-ci ildən Bəhmənyar adına mükafat Komissiyasının sədri.
- 1997-ci ildə Beynəlxalq Rektorlar Şurasının üzvü.
- 1998-ci ildən Hüseyn Cavid adına mükafat Komissiyasının həmsədri.
- 1998-ci ildə “İstedadlar Klubu”nu təsis etmiş və Respublikanın istedadlı gənc alim və tələbələri üçün elmi-intellektual mühit yaratmışdır.
- 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur[3].
Əsas əsərləri
redaktə- Elmi-texniki tərəqqi: problemlər, perspektivlər (fəlsəfi aspekt). Bakı “Elm”, 1987
- Elmi-texniki tərəqqi bu gün və sabah. Bakı “Azərnəşr”, 1988
- Cavid fəlsəfəsi. Bakı “Qanun”, 1996
- Elmi-texniki tərəqqi və onun social-iqtisadi nəticələri. Bakı “Elm”, 1996
- Основания научно-технического прогресса. Логико-методологический анализ (Послесловие академика А.Д.Урсула). Москва "Экономика и информатика", 1997
- Elmdən texnikaya və mənəviyyata. Bakı "Azərbaycan Universiteti”, 1998
- Fəlsəfədən siyasətə. Bakı "Azərbaycan Universiteti”, 1998
- Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı "Azərbaycan Universiteti”, 1999
- East-West: science, education, religion. Baku "Azərbaycan Universiteti”, 2000
- Сavid və Сabbarlı. Bakı “Elm”, 2001
- Lider, dövlət, cəmiyyət. Bakı "Azərbaycan Universiteti”, 2001
- Şərq və Qərb: ümumbəşəri ideala doğru. Bakı, "Azərbaycan Universiteti”, 2004.
- Təhsil. Təlim. Tərbiyə. Bakı "Azərbaycan Universiteti”, 2005
- İşraqilik və müasir fəlsəfi təlimlər. Bakı "Azərbaycan Universiteti”, 2005
- ﺪﻮﻏﺮﻮ ﻻ ﺋﻴﺎ ﺍﻴﺪ ﺷﺭﻕ ﻭ ﻏﺮﺏ. ﻋﻮﻤﻭﻡ ﺑﺸﺭﻯ. Tehran, "Behrəng", 2005
- Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı "Azərbaycan Universiteti”, 2006
- Doğu-Batı: Ortak Bir Ideale Doğru. “Mefkure yayınları”, İstanbul, 2006.
- Məhəbbət və intellekt. Fəlsəfi esselər. Bakı "Nurlan”, 2006.
- Mənəviyyat fəlsəfəsi . Bakı "Nurlan”, 2007
- Philosophy, science, culture. Their peculiarities in the East and the West. CA&CC Press©, Stockholm 2008 (Ön sözün müəllifi prof. Anna-Tereza Timineçka)
- Doğu ́dan Batı ́ya Felsefe Körpüsü. İstanbul “Ötüken”, 2008.
- Cavid fəlsəfəsi. 2-ci kitab: klassik Şərq və müasirlik. Bakı, “Nurlar”, 2009.
- Любовь и интеллект. Москва, Изд. "Маска", 2009.
- Romantik şiirde Doğu-Batı meseleleri. İstanbul “Ötüken”, 2009.
- Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılıq axtarışlarının izi ilə. Bakı, “Şərq-Qərb”, 2009.
- Романтическая поэзия в контексте восточно-западной проблематики. – Москва "Весь Мир", 2009.
- Sivilizasiyalararası dialoq. Bakı, “Adiloğlu”, 2009.
- Baxış bucağı. Fəlsəfi publisistika. Bakı, “Elm və təhsil”, 2010.
- Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010.
- Elm adamları elm haqqında. Professor Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2010.
- Elmşünaslığa giriş. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2010.
- Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011.
- Əbu Turxanın hikmət dünyası. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012.
- Aforizmlər. Seçilmişlərin seçilmişləri. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012.
- Книга афоризмов. Избранное из избранных. (Автор-составитель). Москва, Изд. «Alfa-M», 2012.
- Phenomenology of Life or Life of Idea. Baku, “Azerbaijan University” Press, 2012.
- Həyatın özü və görünən üzü (Fəlsəfi publisistika). Bakı, “Nurlar”, 2013.
- Həyatın özü və görünən üzü (Maarifçi publisistika).Bakı, “Nurlar”, 2013.
- Xatirələrdə davam edən dostluq. Şəxsiyyətlər, portretlər. Bakı “Çaşıoğlu”, 2013.
- Felsefe Optiğinden Aşkin Renkleri. Bınyıl Yayınevi, Ankara, 2015.
Əsas elmi tədqiqat istiqamətləri
redaktəElmşünaslıq, idrak nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi komparativistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya.
Mükafatlar və beynəlxalq elmi qurumlarda üzvlüyü
redaktə1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq Bilik Cəmiyyətinin mükafatı.
1992-ci ildə Yusif Məmmədəliyev adına mükafat.
1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında (International Association of University Presidents - IAUP Azərbaycanı təmsil edir.
1997-ci ildən Rusiya Ekologiya Akademiyasının üzvü seçilmişdir.
1999-cu ildə Beynəlxalq “Who is who?” ensiklopediyasına daxil edilmişdir.
2000-ci ildə Avropa Ali Təhsil Cəmiyyətinin (The European Higher Education Society - EAIR) üzvü seçilmişdir.
2000-ci ildən Amerika Fəlsəfə Assosiasiyasının (The American Philosophy Association - APA) üzvüdür.
2004- cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin (International Husserl and Phenomenological Research Society) üzvüdür.
2009-cu ildən Amerika Siyasi Elmlər Assosiasiyasının (American Political Science Association — APSA) üzvüdür.
2009-cu ildən Mühiyəddin İbn Ərəbi Cəmiyyətinin (Muhyiddin Ibn 'Arabi Society, Oxford) üzvüdür.
2009-cu ildən Avropa Elm fəlsəfəsi Assosiasiyasının (European Philosophy of Science Association - EPSA) üzvüdür.
2010-cu ildən Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının (World Academy of Science, Engineering and Technology - WASET) Humanitar və sosial elmlər üzrə ekspertidir.
2012-ci il 22 fevralda Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Prof.Dr. S.Xəlilov həmçinin İSESKO-nun İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) təmsilçisi, bir sıra xarici ölkə Akademiyalarının üzvü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir. Azərbaycanda və xarici ölkələrdə 39 kitabı və 400-dən çox elmi məqaləsi nəşr olunmuşdur. Dəfələrlə ölkəmizi Dünya fəlsəfə konqreslərində, Beynəlxalq Metafizika konqreslərində, Elmin tarixi, məntiqi və metodologiyası üzrə beynəlxalq forumlarda təmsil etmişdir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "azerbaijan-news.az". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-24.
- ↑ "AMEA-nın müxbir üzvləri". science.gov.az. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
- ↑ "İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.