Selibci Dovletler - Wikipedia
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi.
Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir. Dövlətlər çiçəklənən dövrlərində müasir Cənubi Türkiyə, Suriya, Livan, İsrail və Fələstinin sahil bölgələrini əhatə edirdi. Edessa 1144-cü ildə bir türk sərkərdəsi tərəfindən fəth edilmiş, lakin digər dövlətlər XIII əsrdə Misirin türk əsilli Məmlük sultanlığı tərəfindən ələ keçirilənə qədər hakimiyyətdə olmuşdur. 1268-ci ildə Antioxiya, 1289-cu ildə Tripoli ələ keçirilmişdir. Yerusəlim krallığının paytaxtı olan Əkka şəhəri 1291-ci ildə itirildikdən sonra yerdə qalan ərazilər sürətlə nəzarətdən çıxmış, bu məğlubiyyətlərdən sağ qalanlar isə Kipr krallığına qaçmışdır.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Asbridge, Thomas. The Creation of the Principality of Antioch: 1098-1130. The Boydell Press. 2000. ISBN 978-0-85115-661-3.
- Asbridge, Thomas. The Crusades: The War for the Holy Land. Simon & Schuster. 2012. ISBN 978-1-84983-688-3.
- Asbridge, Thomas. The First Crusade: A New History. Simon & Schuster. 2004. ISBN 978-0-7432-2083-5.
- Barber, Malcolm. The Crusader States. Yale University Press. 2012. ISBN 978-0-300-11312-9.
- Boas, Adrian J. Crusader Archaeology: The Material Culture of the Latin East. Routledge. 1999. ISBN 978-0-415-17361-2.
- Buck, Andrew D. "Settlement, Identity, and Memory in the Latin East: An Examination of the Term 'Crusader States'". The English Historical Review. 135 (573). 2020: 271–302. ISSN 0013-8266.
- Burgtorf, Jochen. Antioch, Principality of // Murray, Alan V. (redaktor). The Crusades: An Encyclopedia. I:A-C. ABC-CLIO. 2006. 72–79. ISBN 978-1-57607-862-4.
- Burgtorf, Jochen. The Antiochene war of succession // Boas, Adrian J. (redaktor). The Crusader World. University of Wisconsin Press. 2016. 196–211. ISBN 978-0-415-82494-1.
- Cobb, Paul M. The Race for Paradise: An Islamic History of the Crusades. Oxford University Press. 2016 [2014]. ISBN 978-0-19-878799-0.
- Davies, Norman. Europe: A History. Pimlico. 1997. ISBN 978-0-7126-6633-6.
- Edbury, P. W. "Feudal Obligations in the Latin East". Byzantion. 47. 1977: 328–356. ISSN 2294-6209. JSTOR 44170515.
- Ellenblum, Ronnie. Frankish Rural Settlement in the Latin Kingdom of Jerusalem. Cambridge University Press. 1998. ISBN 978-0-5215-2187-1.
- Findley, Carter Vaughn. The Turks in World History. Oxford University Press. 2005. ISBN 978-0-19-516770-2.
- France, John. "The Crisis of the First Crusade: from the Defeat of Kerbogah to the Departure from Arqa". Byzantion. 40 (2). 1970: 276–308. ISSN 2294-6209. JSTOR 44171204.
- Hillenbrand, Carole. The Crusades: Islamic Perspectives. Edinburgh University Press. 1999. ISBN 978-0-7486-0630-6.
- Holt, Peter Malcolm. The Age Of The Crusades-The Near East from the eleventh century to 1517. Pearson Longman. 1986. ISBN 978-0-58249-302-5.
- Housley, Norman. Contesting the Crusades. Blackwell Publishing. 2006. ISBN 978-1-4051-1189-8.
- Jacoby, David. The Economic Function of the Crusader States of the Levant: A New Approach // Cavaciocchi, Simonetta (redaktor). Europe's Economic Relations with the Islamic World, 13th-18th centuries. Le Monnier. 2007. 159–191. ISBN 978-8-80-072239-1.
- Jaspert, Nikolas. The Crusades. Phyllis G. Jestice tərəfindən tərcümə olunub. Routledge. 2006 [2003]. ISBN 978-0-415-35968-9.
- Jotischky, Andrew. Crusading and the Crusader States. Taylor & Francis. 2004. ISBN 978-0-582-41851-6.
- Köhler, Michael A. Alliances and Treaties between Frankish and Muslim Rulers in the Middle East: Cross-Cultural Diplomacy in the Period of the Crusades. Peter M. Holt tərəfindən tərcümə olunub. BRILL. 2013. ISBN 978-90-04-24857-1.
- Lilie, Ralph-Johannes. Byzantium and the Crusader States 1096-1204. Oxford University Press. 2004 [1993]. ISBN 978-0-19-820407-7.
- MacEvitt, Christopher. Edessa, County of // Murray, Alan V. (redaktor). The Crusades: An Encyclopedia. II:D-J. ABC-CLIO. 2006. 379–385. ISBN 978-1-57607-862-4.
- MacEvitt, Christopher. The Crusades and the Christian World of the East: Rough Tolerance. University of Pennsylvania Press. 2008. ISBN 978-0-8122-2083-4.
- Mayer, Hans Eberhard. "Latins, Muslims, and Greeks in the Latin Kingdom of Jerusalem". History: The Journal of the Historical Association. 63 (208). 1978: 175–192. ISSN 0018-2648. JSTOR 24411092.
- Morton, Nicholas. The Crusader States & their Neighbours: A Military History, 1099–1187. Oxford University Press. 2020. ISBN 978-0-19-882454-1.
- Murray, Alan V; Nicholson, Helen. Jerusalem, (Latin) Kingdom of // Murray, Alan V. (redaktor). The Crusades: An Encyclopedia. II:D-J. ABC-CLIO. 2006. 662–672. ISBN 978-1-57607-862-4.
- Murray, Alan V. Outremer // Murray, Alan V. (redaktor). The Crusades: An Encyclopedia. III:K-P. ABC-CLIO. 2006. 910–912. ISBN 978-1-57607-862-4.
- Murray, Alan V. Chapter 4: Franks and Indigenous Communities in Palestine and Syria (1099–1187): A Hierarchical Model of Social Interaction in the Principalities of Outremer // Classen, Albrecht (redaktor). East Meets West in the Middle Ages and Early Modern Times: Transcultural Experiences in the Premodern World. Walter de Gruyter GmbH. 2013. 291–310. ISBN 978-3-11-032878-3.
- Nicholson, Helen. The Crusades. Greenwood Publishing Group. 2004. ISBN 978-0-313-32685-1.
- Prawer, Joshua. The Crusaders' Kingdom. Phoenix Press. 1972. ISBN 978-1-84212-224-2.
- Richard, Jean. Tripoli, County of // Murray, Alan V. (redaktor). The Crusades: An Encyclopedia. IV:R-Z. ABC-CLIO. 2006. 1197–1201. ISBN 978-1-57607-862-4.
- Riley-Smith, Jonathan. "The Assise sur la Ligece and the Commune of Acre". Traditio. 27. 1971: 179–204. doi:10.1017/S0362152900005316. ISSN 2166-5508. JSTOR 27830920.
- Şablon:Setton-A History of the Crusades
- Tyerman, Christopher. God's War: A New History of the Crusades. Penguin. 2007. ISBN 978-0-141-90431-3.
- Tyerman, Christopher. The Debate on the Crusades, 1099–2010. Manchester University Press. 2011. ISBN 978-0-7190-7320-5.
- Tyerman, Christopher. The World of the Crusades. Yale University Press. 2019. ISBN 978-0-300-21739-1.
Əlavə oxu
redaktə- Holt, Peter Malcolm. The Crusader States and Their Neighbours, 1098-1291. Pearson Longman. 2004. ISBN 978-0-582-36931-3.
- Riley-Smith, Jonathan. The Feudal Nobility and the Kingdom of Jerusalem, 1174–1277. The Macmillan Press. 1973. ISBN 978-1-349-15498-2.
Xarici keçidlər
redaktə- Vikianbarda Səlibçi dövlətlər ilə əlaqəli mediafayllar var.