Semed Seyidov - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü.
Səməd Seyidov | |
---|---|
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
Vəzifədədir | |
22 yanvar 2001-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 yanvar 1964 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSəməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır.[1] 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir.
1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur.
Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.
Evlidir, 2 övladı var.
İctimai-siyasi fəaliyyəti
redaktə1994–2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2003–2005, 2007–2009, 2011–2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir.
2016-cı ildən Siyasi Psixologiya Mərkəzi İctimai Birliyinin direktorudur.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
2024-cü ilin oktyabrında Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri təyin olunub. O, bu vəzifədə Cavanşir Feyziyevi əvəz edib.[3]
Mükafatları
redaktə- 2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müastəsna roluna görə Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilmişdir.
- 2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.
- 2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur.
2018-ci ildə "Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı" ilə təltif edilmişdir. - 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilmişdir.
- 2024-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[4]
İstinadlar
redaktə- ↑ Ən layiqli namizədə səs verin, parlamenti siz seçin: Səməd Seyidov. "Rəsmi Bakı" qəzeti, № 10(107), 01–07 noyabr 2010-cu il.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ "Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
- ↑ "S.İ.Seyidovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.