Sema Reqs - Wikipedia
Səma və ya Sama (Ərəbcə: سماع) — sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır.
Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir[1]. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir.[2]
2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir[3][4][5][6].
Tarixi
redaktəSufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər[7]. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi. Səma rəqsini bir və ya bir neçə nəfər qrup halında rəqs edirdilər[8].
Səma rəqsini təbliğ edən Mevlanadən öncə Şems Təbrizi bu rəqsin təbliğinə başlamışdır. Zamanla onu Mevlanəyə öyrətmiş və onun əsas təbliğatçısı olmuşdur[9].
Mevlananin təbliğatı Sultan Veledin dövründən başlayır və 15-ci əsrdə bu işi onun nəvəsi Emir Alim Çelebinin oğlu Pir Adil Çelebi davam elətdirir. 17-ci əsrdə Pir Hüseyn Çelebinin xüsusi rolu olmuşdur[10].
Səma rəqsinin hissələri
redaktəSəmaxana
redaktəGalata Mevlevixana səmaxanası
Səmaxana Mevlevixanalar içində səma ayinin yerinə yetirildiyi yerin adıdır. Səmaxanada rəqsin yəni "dönmənin" baş verdiyi hissə meydan adlanır. Səmaxanya "cümlə qapısı" adlanan qağıdan daxil olurlar. Bu qapının qarşısında "mihrab" olur. Mihrab üzü qibləyə doğru qoyulur. Meydana daxil olarkən səmazaçılar sağ tərəfdə, ayini oxuyan Mevlanlar isə mihrab tərəfdə dururlar.[11]
Meydanın ətrafı boyunca dairə formasında stullar qoyulur. Stulun üstünə ağ parça qoyulur. Bu parça cümlə qapısı yanından başlayaraq qoyulur.
Səmazan paltarları
redaktəSəmazan
Səmazan insanları pis işlərdən, vərdişlərdən yəni "nəfsinə məzara qədər" qorumağı təbliğ edir. Səmazanin səmaya başlarkən koftasını çıxarılması mənəvi təmizliyə çıxmasını ifadə edir[12].
Mutrib həyəti
redaktəSəma ayini oxunulan zaman musiqi alətlərində çalan ansambl nəzərdə tutulur.
Səmazənbaşçısı
redaktəSəmazənlərin ən başçısı səmazanbaşı adlanır. Səma mərasimi zamanı səmazanların arasında gəzərək, onların rahat səmanı yerinə yetirməsinə kömək edirlər.
Etik qaydaları
redaktəEtik qaydalara əsasən səma rəqsi yerinə yetirilərkən sakitçiliyə riayət etmək ən vacib şərtlərdən biridir. İştirakçılar dönmə hərəkətini edən zaman qışqırmaqdan və danışmaqdan vəcd bitənə qədər özlərini saxlamamılıdılar. Ən əsası isə vəcddi inamla həyata keçirməlidilər[13].
Şəkillər
redaktəXarici keçid
redaktəİstinad
redaktə- ↑ Ceyhan, Semih. "Semâ". Türk Diyanet Vakfı İslam Ansiklopedisi, yıl: 2009, cilt: 36. 25 Şubat 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ During, Sellheim, 1995.
- ↑ Kara, Kerim. "Tasavvufta Sema". Kerimkara.com sitesi, 25 Aralık 2008. 3 mart 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Uludağ, Süleyman. "Tasavvufta Sema". Zuhur Dergisi, 11 Ağustos 2012. 28 Ağustos 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Menteş, Melih Ümt. "Sema Ayini: Semboller ve Anlamlar". Cinius Yayınları, Şubat 2011. 24 Şubat 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ The Mevlevi Sema Ceremony UNESCO.
- ↑ "Somut Olmayan Kültürel Miras Listelerinde Türkiye". UNESCO Türkiye Milli Komisyon web sitesi. 24 Şubat 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Turan, Namık Sinan. "17. Yüzyılda Osmanlı Tasavvuf Ritüelinde Semâ, Deveran ve Müziğin Püritanizmle İmtihan". Akademik Porte, Tarih: Bahar 2016, Sayı:13. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Lewisohn, Leonard. "The Sacred Meditation of Islam: Sama' in the Persian Sufi Tradition." British Journal of Ethnomeditation 6 (1997): 1–33. JSTOR.
- ↑ Özcan, Nuri. "Mevlevi Ayini". Türk Diyanet Vakfı İslam Ansiklopedisi, Cilt 29, Yıl: 2004. 25 Şubat 2018 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Gribetz, Arthur. "The Sama' Controversy: Sufi vs. Legalist." Studia Islamica 74 (1991): 43–62. JSTOR.
- ↑ Erbaş, Fatih. "Sema ve Semazen". Kubbealtı Akademi Mecmubası sayı 175, Temmuz 2015. Erişim tarihi: 24 Şubat 2018.
- ↑ Langlois, Tony. "Untitled." Ethnomeditation Forum 13.2 (2004): 309–11. JSTOR.