Sencer Qezasi - Wikipedia
Səncər qəzası (ərəb. قضاء سنجار) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.
Səncər qəzası | |
---|---|
Şengal | |
36°19′21″ şm. e. 41°51′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi
redaktə2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.[1][2]
İnzibati-ərazi bölgüsü
redaktəİnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار)[3], Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).
Əhalisi
redaktə10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.[4]
Etnik tərkibi
redaktəQəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir.[6] Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir.[6] Yezidilər və ərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar.[6] Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي)[7], Sibate, Sino və Telali (ərəbcə: تل علي)[8] kəndləridir.[9]
Danışılan dillər
redaktəQəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəb və azərbaycan dillərində danışır.
İstinadlar
redaktə- ↑ "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- ↑ Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
- ↑ مركز قضاء سنجار
- ↑ 1 2 "إحصاء نينوى تؤكد أن عدد سكان المحافظة تجاوز الثلاثة ملايين نسمة في نهاية 2009 الماضي". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
- ↑ "توزيع الوحدات السكنية والأسر ومجموع سكانها حسب المحافظات لسنة 1997 و 2009". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
- ↑ 1 2 3 Kurdistan Regional Government Ministry of Extra Regional Affairs Erbil. Report on the Administrative Changes in Kirkuk and the Disputed Regions, December 2007.: Table of Contents—>Nineva Governorate (al-Mosul)—>III. Current Status—>4. The district of Sinjar, pages 42–44
- ↑ Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Maydan Quli, Iraq Page Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine
- ↑ Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Tall `Ali, Iraq Page Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 2012, Cilt.1, Sayı 3 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine: Irak-Türkman Edebiyatında Yeni Şiirin Tarihine Bir Bakış[ölü keçid], yazar: Sakine Qaybalıyeva