Serseher Mescidi - Wikipedia
Sərşəhər məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Sərşəhər məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi.
Sərşəhər məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Aidiyyatı | Səfəvilər imperiyası |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 5329 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
XVIII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəTarixi
redaktəMəscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri də Sərşəhər məscididir. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. “Sərşəhər” sözü “şəhərin başı, mərkəzi” mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı indi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdur [1].
Memarlıq quruluşu
redaktəSərşəhər məscidi məhəllənin mərkəzi meydanının şimal tərəfində yerləşir. Bünövrəsi çay daşı, yuxarı hissəsi isə çiy kərpicdən tikilmiş, fasadı bişmiş kərpiclə üzlənmişdir.[2]
Sərşəhər məscidi planda kvadrat şəkilli olub, iki mərtəbədən ibarətdir. Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbəyə və məscidin damına qərb tərəfdəki dolama pilləkənlə çıxılır. Zahiri görünüşü kifayət qədər cəlbedici olan məscidin tavanı taxta və fanerlə, döşəməsi isə taxta ilə işlənilib. Tavan 6 ağac sütun və divarların üzərində dayanıb. Məscidin şəbəkəli pəncərələri ona xüsusi gözəllik verir. Qarşısında böyük meydanı vardır. Meydanda nəhəng çinar ağacı ucalır. Məscidin ikinci mərtəbəsində kitabxana vadırr. Burada dini kitablar və əlyazmalar saxlanılır. Əlyazma əsərlərin sayı 30-dan çoxdur. Məscid 1986-cı ildə bərpa və təmir edilmiş, meydan kompleksi şəklinə salınmışdır. Döşəməsi taxta, tavanı isə taxta və fanerlə işlənib. Tavan 6 ağac sütun və divarların üzərində dayanmışdır. Məscidin şəbəkəli pəncərələri qarşısında ki meydana açılır. Yenidən təmir bərpa işlərinə gəldikdə isə 1986-cı ildə təmir edilmişdir. Restavrasiyadan sonra məscid məhəllə məscidi kimi istifadədədir.[3].
Tarixi
redaktəMəscid Sərşəhir məhəlləsinin mərkəzinin şimal tərəfində yerləşir . Tipoloji xüsusiyyətlərinə və memarlıq üslubuna diqqət yetirənlər məscidin 18-ci əsrə aid olduğu ehtimal edilir.[4] Məscid memarlıq baxımından da XVIII əsrə xas üslubi və tipoloji xüsusiyyətləri əks etdirdiyindən XVIII yüzilliyə aid edilir.[5]
İstinadlar
redaktə- ↑ Nахçıvаn sаncаğının müfəssəl dəftəri. Аrаşdırmа, qеyd və şərhlərin müəllifi Hüsаməddin Məmmədоv (Qаrаmаnlı). Tərcümə еdənlər: Ziyа Bünyаdоv və Hüsаməddin Məmmədоv (Qаrаmаnlı). Bаkı: Еlm, 2001, 376 s., s. 232
- ↑ Səfərli, Hacıfəxrəddin. Naxçıvanın məscid və ziyarətgahları (az.). Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi. 2018. 76.
- ↑ Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 422
- ↑ Vəli Baxşəliyev. Abbas Seyidov. Qədirzadə Qədir. Bəhlul İbrahimli Qədim Ordubad .Naxçıvan −2014.s. 422 s/63
- ↑ Hacıfəxrəddin Səfərli. Naxçıvanın məscid və ziyarətgahları. Naxçıvan:"Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2018,216 səh
Mənbə
redaktə- Sərşəhər məscidi Arxivləşdirilib 2010-09-26 at the Wayback Machine
- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.