Serek - Wikipedia
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd.[1]
Sərək | |
---|---|
38°29′50″ şm. e. 48°47′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Etimologiyası
redaktəCoğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır.[2]
Əhalisi
redaktəBu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır.
Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).
Görkəmli şəxsləri
redaktə- Yalçın Nəsirov (1976–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
- Tural Həmid — "Azərbaycan talışları" -https://azlogos.eu/az%C9%99rbaycan-talislari/
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Astara rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |