Serabi Xalcalari - Wikipedia
Sərabi xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Xalça | |
Sərabi xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Təbriz xalçaçılıq məktəbi |
Digər məlumatlar | |
Material | Pambıq[1], Yun |
Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.
Tarixi
redaktəTəbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
- - Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir.
- - Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.
Bitki ornamentləri demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sarāb carpet // Encyclopædia Britannica (ing.).
- ↑ "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". azerbaijan.az (az.). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.