Serxan Serxan Qatil - Wikipedia
Serxan Serxan Qatil - Wikipedia - Haqqında Məlumat
Sərxan Bişara Sərxan[4] (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان; 19 mart 1944[1][2], Qüds[3]) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır.
Sərxan Sərxan | |
---|---|
Doğum tarixi | 19 mart 1944[1][2] (80 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |